IQNA

İraqlı tələbə 3 aya Qurani-Kərimi hifz etdi

16:39 - December 01, 2017
1
Xəbər sayı: 3482447
İraqın Babul şəhər universitetinin tələbəsi xanım Məryəm Məhəmməd Əbdül-Hüseyn 3 ay ərzində bütün Qurani-Kərimi əzbərləyə bilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İmam Hüseyn (ə) ziyarətgahının Darul- Quran idarəsinin informasiya portalına istinadla verdiyi xəbərə görə, İraqın Babul şəhər universitetinin tələbəsi xanım Məryəm Məhəmməd Əbdül-Hüseyn 3 ay ərzində bütün Qurani-Kərimi əzbərləyə bilib.

İraqın Babul şəhərinin universitetinin mühəndislik fakültəsinin tələbəsi xanım Məryəm Məhəmməd Əbdül-Hüseyn özünün ciddi səyləri və ustadı Xanım Alai Yasin Əsamın köməyi ilə Qurani-Kərim üç ay ərzində yüksək səviyyədə əzbərləyə bilib.

Kərbəlada Həzrət İmam Hüseyn (ə) ziyarətgahının idarə heyətinin rəisi Şeyx Əbdül-Mehdi Kərbəlayi bu xanımı təbrik edərək, əməyini qiymətləndirmiş və ona "Quran Hafizləri" rəsmi şəhadətnaməsini təqdim etmişdir.

Xanım Məryəm Əbdül-Hüseyn Kərbəlada Həzrət İmam Hüseyn (ə) ziyarətgahının "Darul-Quran" idarəsinin başlatdığı "1000 Quran hafizi" layihəsində iştirak edənlərdən biri idi.

Xatırladaq ki, "1000 Quran hafizi" layihəsi Kərbəlada Həzrət İmam Hüseyn (ə) ziyarətgahının "Darul-Quran" idarəsinin təşəbbüsü ilə Qurani-Kərimin cavanlar arasında yayılması və Quran təbliğçilərinin hazırlanması üçün həyata keçirilir. Hazırda bütün İraq əyalətlərindən bu layihədə 5 min nəfər oğlan və qız bu layihədə iştirak edilər.

http://iqna.ir/fa/news/3668188


Teqlər: iqna ، hifz ، quran
Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
GüliZehra
0
0
Ehsen size, Ehsen...Allah bizlere de nesib elesin..
captcha