IQNA

Nigeriya müftisinin müavini:

“Boko-Haram” Nigeriyanın dini cəmiyyətinin ciddi problemidir

8:49 - December 17, 2017
Xəbər sayı: 3482515
“Boko-Haram” təkfirçi- terrorçu ünsürləri neçə illərdir ki, Nigeriyada insanları qətliam edir, evlərindən didərgin salırlar və cəmiyyət üçün ciddi problemə çeviriliblər.

“Boko-Haram” Nigeriyanın dini cəmiyyətinin ciddi problemidirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriyanın nüfuzlu sünni şəxsiyyəti və baş müftinin müavini İQNA ilə müsahibəsində vurğuladı: “Boko-Haram” təkfirçi- terrorçu ünsürləri neçə illərdir ki, Nigeriyada insanları qətliam edir, evlərindən didərgin salırlar və dini cəmiyyət üçün ciddi problemə çeviriliblər.
Nigeriya baş müftisinin müavini və ölkənin əhli-sünnə məzhəbinin məşhur və nüfuzlu dini siması Ömər Məhəmməd Ticani əlavə etdi: Bizim ölkədə əsas problemimiz ki, ölkənin mühüm bir hissəsini bürümüşdür, “Boko-Haram” təkfirçi- terrorçu ünsürlərinin sivil vətəndaşların əleyhinə törətdikləri qeyri-insani cinayətləri və vəhşilikləridir.   
Ömər Məhəmməd Ticani dedi: Bu azğın silahlı qruplaşmanın ünsürləri qətliamlar törədir, insanları evlərindən didərgin edirlər, ölkənin hər yerində fəsad törədirlər və neçə illərdir ki, dövlətin büdcəsinin bir hissəsi bunlarla mübarizə üçün xərclənir.
Nigeriyanın nüfuzlu sünni şəxsiyyəti və baş müftinin müavini Ömər Məhəmməd Ticani İQNA ilə müsahibəsinin davamında Nigeriyada şiələr və əhli-sünnə arasında olan dostluq və qardaşlıqdan danışaraq dedi: Baxmayaraq ki, son illərdə bəzi acı hadisələrin şahidi olduq, o cümlədən Nigeriya şiələrinin İslami hərəkatının rəhbəri Şeyx Zəkazakinin ətrafında baş verənlər, amma ümumilikdə şiə və sünnilər həmişə dostcasına, qardaşcasına yaşayır, bir-biriləri ilə həmkarlıq edirlər və hamısı da bu məsələdə yekdildirlər ki, cəmiyyətimizin əsas problem “Boko-Haram” terrorist qruplaşmasıdır və bu azğın ünsürlərin kökü kəsilməlidir.   

تکفیری‌های بوکوحرام چالش جدی جامعه نیجریه هستند
Ömər Məhəmməd Ticani ölkəsində sünni və şiə qardaşlığından danışarkən Əhli-Beytin (ə) fəzilətlərinə işarə edərək dedi: Möminin imanı Peyğəmbərsiz və Əhli-Beytsiz (ə) kamil olmaz. Şəhadəteyni (Allahın birliyi və Peyğəmbərin nübuvvətinə şəhadət vermək) deyən hər kəsə vacibdir ki, Peyğəmbəri və Əhli-Beytini (ə) sevsin.
Nigeriyanın nüfuzlu sünni şəxsiyyəti və baş müftinin müavini Ömər Məhəmməd Ticani İQNA ilə müsahibəsinin davamında təkfirçi- terrorçular tərəfindən Qurani-Kərimin şəxsi rəy və yanlış təvil ilə təfsir edildiyini önə çəkərək dedi: Quranın terroristlər tərəfindən yanlış təfsiri və dərki bu gün İslam dünyası və müsəlmanlar üçün ciddi problemlər yaradıblar. Buna görə də bütün müsəlman alimlərinin və tanınmış mədəni işlər görənlərin əsas vəzifəsi budur ki, bu nəhs hadisə ilə ciddi mübarizə aparsınlar.
Ömər Məhəmməd Ticani sözünün davamında Qurani-Kərimin Ənbiya surəsinin 92-ci ayəsinə
«إِنَّ هَذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاعْبُدُونِ»
“Həqiqətən də sizin bu ümmətiniz vahid ümmətdir və mən sizing rəbbinizəm mənə ibadət edin”
işarə edərək dedi: Təkfirçi təfəkkürün, xüsusilə də İŞİD düşüncəsinin genişlənməsi çox təhlükəlidir, bunları məhv etmək üçün meydani və hərbi mübarizədən əlavə fikri və mədəni mübarizəyə də ehtiyac çoxdur. Bu azğın düşüncələr ilə mübarizə üçün Qurani-Kərimin xalis maarifindən faydalanmalı və İslam dininin həqiqi ruhuna qayıtmalıyıq.
O əlavə etdi: Həzrət Peyğəmbərin (s) səhabələri İslam dininin simvollarıdır və onları təhqir etmək heç bir bəhanə ilə caiz deyil. Çünki onlar öz əməllərinin məsuliyyətini daşıyırdılar və biz də öz əməllərimizə məsuluq.

تکفیری‌های بوکوحرام چالش جدی جامعه نیجریه هستند
Qeyd edək ki, təkfirçi terrorist qruplaşması olan Boko- Haram 2002-ci ildə nigeriyalı vəhabi Məhəmməd Yusif tərəfindən təsis edilib. Və 2009-cu ildən indiyədək yüz minlərlə insanı terror hücumları ilə öldürüblər.
Boko-Haram sözünün mənası “Qərb təhsili almaq haramdır” mənasını verir. Bu qruplaşma üç il öncə, 2014-cü ilin Mart ayında İŞİD-ə beyət edib.
http://iqna.ir/fa/news/3672039

Teqlər: iqna ، boko-haram ، nigeriya ، buko - haram
captcha