IQNA

Pakistanın Küveytə şəhərində şiddətli partlayış baş verib

22:35 - December 17, 2017
Xəbər sayı: 3482518
Kütləvi informasiya vasitələri Pakistanın qərbində yerləşən Küveytə şəhərində bir kilsədə şiddətli patlayış səslərinin eşidildiyini xəbər veriblər.

Pakistanın Küveytə şəhərində şiddətli partlayış baş veribİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, xəbər agentlikləri və kütləvi informasiya vasitələri Pakistanın qərbində yerləşən Küveytə şəhərində bir kilsədə şiddətli patlayış səslərinin eşidildiyini xəbər veriblər.
Əl-Məyadin peyk tv kanalının Pakistandakı müxbirinin verdiyi xəbərə əsasən, bu gün, həftənin bazaar günü, 17 Dekabr 2017-ci il, Pakistanın qərbində yerləşən Küveytə şəhərində bir kilsədə şiddətli patlayış baş verib.
Xəbərdə deyilir ki, məsihilərin (xristian) kilsədə ibadət etdiyi vaxt terrorçular onlara hücum ediblər. Bu hücumdan sonra kilsədə partlayış səsi eşidilib. Hadisənin çoxsaylı qurbanları olacağı ehtimal edilir.
Yerli xəbər agentliklərinin yazdığına görə, terroristlərdən biri özünü kilsənin daxilində partladıb. Və hadisə zamanı ən azı 5 nəfər ölüb və 16 nəfər yaralanıb.
Son məlumatlara görə İŞİD bu partlayışın məsuliyyətini öz üzərinə götürüb.
“Davn” xəbər agentliyinin verdiyi məlumatda isə deyilir ki, Pakistanda 4 terrorçu-kamikadzenin ibadət zamanı özlərini protestant kilsəsinə partlatması nəticəsində azı 8 nəfər ölüb, 20 nəfər yaralanıb.
http://iqna.ir/fa/news/3673408

Teqlər: iqna ، pakistan ، kilsə
captcha