IQNA

Hollandiyanın “Utrecht” universitetində “mühacirlər və din” adlı toplantı keçiriləcək

0:08 - March 10, 2018
Xəbər sayı: 3482879
Hollandiyanın “Utrecht” universitetinin təşəbbüsü ilə “mühacirlər və din” adlı toplantı keçiriləcəkdir.

Hollandiyanın “Utrecht” universitetində “mühacirlər və din” adlı toplantı keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “iric.org” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Hollandiyanın “Utrecht” universitetinin təşəbbüsü ilə “mühacirlər və din” adlı toplantı keçiriləcəkdir.

Hollandiyanın “Utrecht” universitetinin təşəbbüsü ilə keçiriləcək “mühacirlər və din” adlı toplantı cari ilin Sentyabr ayının 27-də başlayacaq və 28-dək davam edəcəkdir.

Bu toplantıda mühacirlər təkcə miqrant və sığınacaq axtaranlar kimi kateqoriyalara bölünməyəcək və məsələyə təkcə hüquqi baxımdan yanaşılmayacaq, həm də miqrant və mühacirlərin özlərinin rəyi və nəzəri sığınacaq axtaran bir şəxs olaraq təqdim ediləcək. Onların mühacirlik və miqrantlıq mərhələlərini sənədləşdirmək yolunda çəkdikləri əziyyətlər işıqlandırılacaq və miqrantların yerləşdirilməsində müəssisələrin və fərdlərin rolu araşdırılacaqdır.

Bu elmi toplantıda iştirak etmək istəyənlər cari ilin Aprel ayının 9-dək öz məqalələrini universitetin toplantının keçirilməsi komitəsinə göndərə bilərlər.

Hazırda dünyanın ən mühüm siyasi məsələlərindən biri də mühacirət və miqrantlıqdır. Və on ildən çoxdur ki, Avropada milliyyətçilik və miqrasiya məsələləri siyasisətin əsas hədəflərindən birinə çeivirilib. BMT-nin verdiyi hesabata görə, 2015-ci ilin sonunda dünyada 21.3 milyon mühacir qeydə alınıb.

http://iqna.ir/fa/news/3697729

Teqlər: iqna ، miqrant ، mühacirət
captcha