IQNA

Şilinin ən qədim məscidi Türkiyə tərəfindən yenidən təmir ediləcək

0:18 - March 11, 2018
Xəbər sayı: 3482886
Məscidin yenidən təmir və bərpa işləri Türkiyənin “həmkarlıq və inkişaf təşkilatı” tərəfindən həyata keçiriləcəkdir.

Şilinin ən qədim məscidi Türkiyə tərəfindən yenidən təmir ediləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyə Şilinin paytaxtı Santiaqoda tikilmiş ən qədim məscidi təmir edəcək.

Məscidin yenidən təmir və bərpa işləri Türkiyənin “həmkarlıq və inkişaf təşkilatı” tərəfindən həyata keçiriləcəkdir.

Şilinin paytaxtı Santiaqoda yerləşən bu qədimi məscidin dəstəmazxanası, yeməkxanası, çöl divarları Türkiyənin “həmkarlıq və inkişaf təşkilatı” tərəfindən 1989-ci ildə işlənmişdir.

Şili müsəlmanlarının ən mühüm İslam Mərkəzi və ibadət ocağı olan Santiaqonun “əs-Səlam” məscidinin banı da təmir edilmiş və həyətyanı sahəsi də genişləndirilmişdir.

Şilidə 4 min müsəlman yaşayır ki, onların çoxu Santiaqoda və Antufagastada yaşayırlar və PİO-nun hesabatına görə, 2009-cu ildə bu ölkədə şiələrin sayı 40 nəfərdən az olmuşdur.

http://iqna.ir/fa/news/3698493

captcha