IQNA

Misr məscidləri prezident seçkilərində bitərəfdirlər

8:36 - March 12, 2018
Xəbər sayı: 3482891
Misr məscidlərinin idarə heyətləri prezident seçkilərində məscidlərin tərəfsiz qalacağını elan ediblər.

Misr məscidləri prezident seçkilərində bitərəfdirlərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-misri əl-yəvm” xəbər və informasiya portalına istinadla xəbər verir ki, Misr məscidlərinin idarə heyətləri prezident seçkilərində məscidlərin tərəfsiz qalacağını elan ediblər.

Bu barədə dünən, həftənin bazar günü, 12 Mart 2018-ci il, Məhəmməd Muxtar Cümə Qahirə universitetində “cavanlar və cəmiyyətin qurucuları” adlı toplantıda çıxışında məlumat verib.

O deyib: Dövlət müəssisələri və bunların önündə məscidlər heç bir partiyanı dəstəkləməyəcəkdir və bu mövzuda tam bitərəf qalacaqdır.

Məhəmməd Muxtar Cümə əlavə edib: Biz məscidlərə xəbərdarlıq edirik ki, hər hansısa bir partiya və qruplaşmanın tərkib hissəsinə daxil olmasınlar və siyasi məsələlərdə və seçkilərdə heç bir dəstəni dəstəkləməsinlər.

Cavanlarla görüşən bu məsul vəzifəli şəxs Misr cəmiyyətinin cavanlar ilə ağıl və məntiq əsasında dialoqa ehtiyaclı oldğunu vurğulayaraq dedi: Mən inanıram ki, cavanların cəmiyyətdə aktiv fəaliyyəti ölkənin inkişaf və irəliləyişinin dönüş nöqtəsidir.

Qeyd edək ki, Misrin prezident seçkiləri cari ilin Mart ayının son günlərində keçiriləcəkdir.

http://iqna.ir/fa/news/3699018

captcha