IQNA

Alman yazarın dilində müsəlmanlar və Quran haqqında həqiqətlər

15:07 - March 12, 2018
Xəbər sayı: 3482892
“İŞİD-lə 10 gün” adlı kitabın yazarı, alman yazıçı Yurqen Tudenhafer sağçı partiyaların Almaniyadakı müsəlmanlar və Quran haqqında bilmələri lazım olan həqiqətlər barədə danışıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, “İŞİD-lə 10 gün” adlı kitabın yazarı, alman yazıçı Yurqen Tudenhafer sağçı partiyaların Almaniyadakı müsəlmanlar və Quran haqqında bilmələri lazım olan həqiqətlər barədə danışıb.

Maide.az “İQNA”ya istinadən xəbər verir ki, o, video müraciətini əsasən radikal sağçı AfD (Almanya üçün alternativ) və CSU (Xristian Sosial Birliyi) partiyalarına ünvanlayıb.
 
Y.Tudenhafer, Almaniyada yaşayan 4,3 milyon müsəlman əhalinin 90 faizinin ölkədəki demokratik vəziyyətdən razı olduqlarını bildirib. Lakin, qeyri-müsəlman əhali isə bunun əksini düşünür.
 
O qeyd edib ki, Almaniyadakı 11 min məscid və İslam dərnəyi olmasına baxmayaraq, sadəcə məsciddən azan səsi eşidilir.
 
Yazıçı bildirib ki, Almaniyada şiddətə meylli 1200 radikal islamçı var. Bu, Almaniya əhalisinin sadəcə 0,01 faizini təşkil edir. Lakin, bu vaxta qədər burada heç kim radikal müsəlman tərəfindən öldürülməyib. Amma 180 müsəlman radikal sağçılar tərəfindən qətlə yetirilib.
 
Y.Tudenhafer sözlərinə əlavə edib ki, öldürmək İslamda qadağandır. Dünyadakı İslam alimləri terrorçuların hücumlarına qarşıdır. Qurani-Kərimin 114 surəsindən 113-ü “Bağışlayan və mehriban Allahın adı ilə” cümləsi ilə başlayır. Surələrin sadəcə 2,1 faizində Peyğəmbərin (s.a.s) döyüşlərindən bəhs edilir. İŞİD və digər radikal qruplar isə bunlardan sui-istifadə edərək, pis məqsədlər üçün istifadə edirlər.
 
Son illərdə Qərb ölkələrinin İslam dünyasına qarşı aqresiv olduğunu deyən yazıçı, son 220 ildə müsəlman ölkələrinə 60-dan çox hücum olduğunu bildirib. Lakin, bu illər ərzində heç bir müsəlman ölkəsi Qərbə hücum etməyib.
 
Tudenhafer son olaraq əlavə edib ki, Yəhudilik və Xristianlıq İslam dinində ilahi dinlər kimi qəbul edilir. Qurani-Kərim isə göndərilən son kitabdır. Bu kitabda Məhəmməd peyğəmbərin (s.a.s) adı sadəcə 4 dəfə, İsa peyğəmbərin (ə) adı 25 dəfə, həzrəti Məryəmin (ə.s) adı 34 dəfə, Musa peyğəmbərin (ə) adı isə 136 dəfə çəkilib. (3698377)
Teqlər: iqna ، almaniya ، işid-lə 10 gün ، kitab
captcha