IQNA

İngiltərədə “Quranla bir səfər” təlim kursu

15:43 - March 12, 2018
Xəbər sayı: 3482894
İngiltərənin paytaxtı London şəhərinin “İslami araşdırma və inkişaf müəssisəsi” mübarək Ramazan ayında “Quranla bir səfər” adlı tətbiqi təlim kursu təşkil edəcəkdir.

İngiltərədə “Quranla bir səfər” təlim kursuİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “iidr.org” informasiya portalına istinadla verdiyi xəbərə görə, İngiltərənin paytaxtı London şəhərinin “İslami araşdırma və inkişaf müəssisəsi” mübarək Ramazan ayında “Quranla bir səfər” adlı tətbiqi təlim kursu təşkil edəcəkdir.

Bu tətbiqi təlim kursunun əsas hədəfi müsəlmanlara Qurani- Kərimin maarifinin düzgün məna və məfhumunu öyrətməkdir.

Ramazan ayının ilk günlərində başlayacaq “Quranla bir səfər” təlim kursları cari ilin May ayının 19-da başlayacaq və 27-dək davam edəcəkdir.

“Quranla bir səfər” təlim kurslarında Quran təlimləri əsasında şəxsi inkişafın 99 əsas qaydası, uzunmüddətli hafizəni gücləndirmək üçün Quran dastanlarının köməyi, Quranın 114 surəsi barədə xülasə məlumat, Quranın tətbiqi dərki, Quran dastanlarının şəxsi həyatda tətbiqi və müxtəlif mövzularda 1000 Quran ayəsinin təlimi öyrədiləcəkdir.  

http://iqna.ir/fa/news/3698801

captcha