IQNA

Yəməndə tifoidin yayılması nəticəsində ölənlərin sayı çoxalır

16:01 - March 12, 2018
Xəbər sayı: 3482895
Yəməndə “tifoid”in (qarın yatalağı, mədə-bağırsaq xorası) yayılması nəticəsində ölənlərin sayı çoxalır.

Yəməndə tifoidin yayılması nəticəsində ölənlərin sayı çoxalırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-ərəbi əl-cədid” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Yəməndə “tifoid”in (qarın yatalağı, mədə-bağırsaq xorası) yayılması nəticəsində ölənlərin sayı çoxalır. Bu barədə Yəmənin Səhiyyə Nazirliyinin verdiyi məlumatda deyilir ki, 21 nəfər bu xəstəlikdən ölüb və 1280 nərə isə bu xəstəliyə yoluxmaqla üz-üzədir.

Yəmənin Səhiyyə Nazirliyinin sözçüsü Əbdül-Həkim Kəhlani bu barədə dedi: “Tifoid” xəstəliyi Yəmənin Beyza, Müdəynə, Miras, Vəlid Rəbi və s... şəhərlərində geniş yayılmışdır. Xəstəliyin yayılmasının əsas səbəbi uşaqların bu xəstəliyə qarşı peyvənd edilməməsidir. Beyzada bu xəstəlik ilə üz-üzə olan 101 nəfərin 94 nəfəri peyvənd edilməmişdir.

Səhiyyə Nazirliyinin sözçüsü qeyd edib ki, cari ayın sonlarınadək insanlar bu xəstəliyə qarşı müxtəlif şəhərlərdə peyvənd edilməyə başlayacaqdır.

Beyza əyalətinin Səhiyyə nümayəndəsi vurğulayıb ki, dərman və müalicə üçün lazım olan imkanların olmaması səbəb olub ki, insanlar arasında vəba, difteriya, qızılca və s... kimi keçici üfunətli xəstəliklər yayılmışdır.

UNİSEF elan edib ki, Yəmənin müxtəlif əyalətlərində tifodi kimi keçici xəstəliklər çoxalıb. Uşaqların canı təhlükədədir. Yəmən hərbi hücumlardan əlavə həm də öldürücü xəstəliklərlə üz-üzədir.

http://iqna.ir/fa/news/3698834

Teqlər: iqna ، yəmən ، vəba ، tifoid
captcha