IQNA

Misrin İslami İşlər Ali Şurasının üzvü:

İslamın qılıncla yayıldığını iddia edənlər Quranı anlamayıb

9:48 - March 13, 2018
Xəbər sayı: 3482897
Misrin İslami İşlər Ali Şurasının üzvü Şeyx Xalid Cündi peyk tv kanalı ilə müsahibəsində deyib ki, İslamın qılıncla yayıldığını iddia edənlər Quranı anlamayıb.

İslamın qılıncla yayıldığını iddia edənlər Quranı anlamayıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-bələd” informasiya portalına istinadla verdiyi xəbərə görə, Misrin İslami İşlər Ali Şurasının üzvü Şeyx Xalid Cündi peyk tv kanalı ilə müsahibəsində deyib ki, İslamın qılıncla yayıldığını iddia edənlər Quranı anlamayıb. Quranın müsəlmanlara qüdrətlənməyi əmr etməsi müdafiə xarakterlidir, hücum və təcavüz deyil!

Misrin “DMC” peyk tv kanalı ilə “Ləlləhum Yətəfəqqəhun” (şayəd onlar anladılar) proqramından çıxışı zamanı dedi: İslam dini həmişə başqa millət və dinlərə təcavüz və hücum etməyi qadağan edib və bunun üzərində təkid edir. Amma İslam dininin qılınc gücünə yayıldığını deyənlər, Quran və Hədisdən heç bir şey anlmayıblar.

Misrin İslami İşlər Ali Şurasının üzvü Qurani-Kərimin Bəqərə surəsinin 190-cı ayəsinə-

«وَقَاتِلُوا فِي سَبِيلِ اللَّهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ وَلا تَعْتَدُوا إِنَّ اللَّهَ لا يُحِبُّ الْمُعْتَدِينَ» (بقره ۱۹۰)

“Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun və həddi aşmayın (döyüş zamanı şəriət və ağılın müharibə barəsindəki çərçivə və qanunlarından kənara çıxmayın, qanuni dəlil olmadan hücum etməyin, sülh müqaviləsi bağladığınız kəslərlə müharibə etməyin, zərərsiz zəifləri öldürməyin, ölülərin bədən üzvlərini kəsməyin və malları səbəbsiz tələf etməyin). Allah həddi aşanları sevmir”.

-işarə edərək dedi: İslam dini müsəlmanların hərbi qüdrət baxımından güclənməyini tələb edir. Amma bu qüdrət müdafiə üçündür, digərlərinə hücum və təcavüz üçün deyildir.

Qeyd edək ki, Misrin İslami İşlər Ali Şurası bu ölkənin Vəqflər Nazirliyinin nəzdində fəaliyyət göstərən bir təşkilatdır.

http://iqna.ir/fa/news/3699408

Teqlər: iqna ، quran ، sülh ، təcavüz ، hərbi qüdrət
captcha