IQNA

İranın əlyazma Quran nüsxəsi Kufə universitetinə hədiyyə edildi

15:25 - March 14, 2018
Xəbər sayı: 3482902
İraqın Kufə şəhəri universitetinin mərkəzi kitabxanasının əlyazma nüsxələr bölməsi İran İslam Respublikasının İraqdakı Mədəniyyət Əlaqələri idarəsinin təşəbbüsü ilə təsis edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, İranın əlyazma Quran nüsxəsi Kufə universitetinə hədiyyə edilib.

İraqın Kufə şəhəri universitetinin mərkəzi kitabxanasının əlyazma nüsxələr bölməsi İran İslam Respublikasının İraqdakı Mədəniyyət Əlaqələri idarəsinin təşəbbüsü ilə təsis edildi.  

Kufə universitetinin mərkəzi kitabxanasının yeni təsis edilmiş əlyazma bölməsinə İran İslam Respublikası tərəfindən bir sıra İslami və Ərəb dünyasına aid olan nəfis əlyazma nüsxələr, o cümlədən İranın əlyazmaq nüsxələrindən olan Qurani-Kərim hədiyyə edilib.

İran İslam Respublikası Kufə universitetinin mərkəzi kitabxanasının yeni təsis edilmiş əlyazmalar bölməsinə fars və ərəb dillərində dini, məzhəbi, fəlsəfi, dilçilik, ədəbiyyat, şer, hekayə, dastan, coğrafiya, fiqh, sirə, tarix, lüğət, Quran və hədis, tarixi sənədlər və tibb kimi mövzuları ehtiva edən 228 cild (90 min səhifə) əlyazma nüsxə bağışlayıb.

Qeyd edək ki, Kufə kitabxanasına verilən bu nəfis əlyazmaların elektron versiyası Kərbəlada İmam Hüseyn (ə) ziyarətgahının araşdırmalar mərkəzinə də verilib.

http://iqna.ir/fa/news/3699628  

Teqlər: iqna ، kufə ، əlyazma ، nüsxə
captcha