IQNA

Dili qüsurlu olsa da Quranın hifzi rekordunu qırdı

15:45 - March 14, 2018
Xəbər sayı: 3482903
Türkiyənin yeniyetmə Quran həvəskarı Zəkəriyya Vəziru dilində qüsuru, kəkələmə və axıcı danışıq pozuqluğu olmasına baxmayaraq 3 ay müddətində bütün Qurani-Kərimi əzbərlədi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin yeniyetmə Quran həvəskarı Zəkəriyya Vəziru dilində qüsuru, kəkələmə və axıcı danışıq pozuqluğu olmasına baxmayaraq 3 ay müddətində bütün Qurani-Kərimi əzbərlədi.

Türkiyənin Qeysəri şəhərinin sakini, 18 yaşlı orta məktəb şagirdi Zəkəriyya Vəziru axıcı danışıq pozuqluğu olmasına baxmayaraq üç ay müddətində bütün Qurani-Kərimi əzbərlədiyi üçün Qeysəri şəhərinin “Darul-İfta”sı tərəfindən təqdirə layiq görülüb.

Təqdir və mükafatlandırma mərasimində onun bu işi uğurla başa vurmasında birbaşa təsirə malik olan ailəsinə də təşəkkür edilib.

Türkiyənin Qeysəri şəhərinin “Darul-İfta”sının müftisi Şahin Güən bu barədə dedi: Axıcı danışıq pozuqluğu olmasına baxmayaraq üç ay müddətində bütün Qurani-Kərimi əzbərləyən bu şagird müasir dövrün cavanları və yeniyetmələri üçün həqiqi örnək və nümunədir.   

http://iqna.ir/fa/news/3699480

Teqlər: iqna ، türkiyə ، qeysəri ، quran hafizi
captcha