IQNA

Londonda 'Quran: mətn, tərcümə və mədəniyyət' mövzusunda konfrans keçiriləcək

11:33 - March 15, 2018
Xəbər sayı: 3482907
London Universitetində Şərq və Afrika Araşdırmalarının (SOAS) 10-cu Konfransı Quran mövzuna həsr olunub.

Londonda `Quran: mətn, tərcümə və mədəniyyət` mövzusunda konfrans keçiriləcəkMaide.Az "Clisel.com" saytına istinadən xəbər verir ki, "Quran: mətn, tərcümə və mədəniyyət" mövzusunda keçirilən konfransa başlığı altında keçiriləcək.

İki günlük konfras cari ilin noyabr ayının 9-da  Quran və onun təfsiri baxımından  müxtəlif aspektləri öyrənmək məqsədilə öz işinə başlayacaq. 

Konfransda akademiklər,  mütəxəssislər və din alimləri iştirak edəcək. Quranın mətni,  əlifbasının tarixi,  tərcüməsi, Qurani – Kərim və hüquqi  ənənələr, Quran və  əxlaq mövzusunda  müzakirələr aparılacaq. 

Konfransda iştirak etmək istəyənlər  aprel ayının 30-dək öz məqalələrini  konfransın katibliyinə göndərə bilər.  

Maraqlanan şəxslər daha ətraflı məlumat üçün London Universitetində Şərq və Afrika Araşdırmaları Universitetinin informasiya mərkəzinə müraciət edə bilər.

Teqlər: london ، quran ، iqna ، tərcümə ، müsəlman ، məscid
captcha