IQNA

Ayətullah Xameneinin qadın barədə çıxışları Türkiyədə çap edildi

23:13 - June 17, 2018
Xəbər sayı: 3483335
Həzrət Ayətullah Üzma İmam Seyyid Əli Hüseyni Xameneinin çıxışlarından iqtibas edilərək yazılmış "Qadın Qərb və İslamda" adlı kitab Türkiydə "İstambul türkcəsi" dilində çap və nəşr edildi.

Ayətullah Xameneinin qadın barədə çıxışları Türkiyədə çap edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,   İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma İmam Seyyid Əli Hüseyni Xameneinin çıxışlarından iqtibas edilərək yazılmış "Qadın Qərb və İslamda" adlı kitabı Türkiydə "İstambul türkcəsi" dilində çap və nəşr edildi.

İslami əlaqələr və mədəniyyət təşkilatının verdiyi məlumata əsasən, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma İmam Seyyid Əli Hüseyni Xameneinin çıxışlarının xülasəsi olan bu kitab İran İslam Respublikasının Türkiyədəki Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü və həmkarlığı ilə tərcümə, çap və nəşr edilib.

"Qadın İslam və Qərbdə" kitabı İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma İmam Seyyid Əli Hüseyni Xameneinin (müddə zillihul-ali) tələbələr, təhsil ocarlarının müəllim və idarəçiləri və digər təbəqələrdən olan insanlar ilə görüşlərindəki çıxışlarının xülasəsidir ki, kitab şəkilinə salınıb. Ayətullah Xamenei cənabları bu görüşlərdə İslamın və Qərb mədəniyyəti və sivlizasiyasının qadın barədə görüşlərini müqayisəvi şəkildə açıqlamışdır.

Bu kitab İsmayıl Bəndidaran və xanım Şadman Bəndidariyanın vasitəsi ilə İstambul türkcəsinə tərcümə edilmiş, Təsnim nəşriyyatı tərəfindən və İran İslam Respublikasının İstambuldakı Mədəniyyət Əlaqələri İdarəsinin həmkarlığı ilə çap və nəşr edilmişdir.  

http://iqna.ir/fa/news/3723331

captcha