İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Qelyubiyyə əyalətinin Bənha şəhərinin məşhur Quran hifzi müəllimi Mustafa Rağib dünən, həftənin Bazar günü, 17 İyun 2018-ci il, Zöhr namazından sonra ürək infarktı nəticəsində dünyasını dəyişib.
Quran hafizi olan bu müəllimin cəsədi dünən günün ikinci yarısında Misrin Qelyubiyyə əyalətinin Bənha şəhərinin "Meyyit Asim" kəndinn "Məhlavi məscidi"ndən götürülərək, xalqın müşayəti ilə dəfn edildi.
Mərhum Şeyx Mustafa Rağib 1990-cı ildə anadan olmuş, uşaq ikən Qurani-Kərimi əzbərləmişdi. Əl-Əzhər universitetinin "Üsuliddin insititu"nu bitirdikdən sonra kəndlərinə dönərək Quran hifzi tədrisi ilə məşğul olmuşdu. Bundan əlavə Əl-Əzhər İslam Mərkəzinin müəssisələrindən biri olan "Qəha" təlim mərkəzində də Quranın hifzi fənnini tədris edirdi.
Vaxtsız vəfatı ilə onu sevənləri hüznləndirən Şeyx Rağibin arzusu həmyerlilərinin böyük əksəriyyətini Quran hafizi görmək idi.
http://iqna.ir/fa/news/3723105
http://iqna.ir/fa/news/3723339