IQNA

Livan Hizbullahı:

Əhvaz terror hücumunun arxasında şeytani əllər var

14:48 - September 23, 2018
Xəbər sayı: 3483923
Livan Hizbullahı bir bəyanatda İranın Əhvaz şəhərində törədilmiş terror hücumunu pisləyib.
IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Livan Hizbullahı bu bəyanatda İslam İnqilabının Böyük Rəhbərinə, həmçinin İranın dövləti və xalqına başlağlığı verərək, bildirib: Bu terror hərəkətinin arxasında İran İslam Respublikasının təhlükəsizliyi və sabitliyinə zərbə vurmaq ardınca olan şeytani və xəbis əllər mövcuddur.

Livan Hizbullahı əlavə edib: Bu cinayət müqavimət mehvərinin regionda və müxtəlif cəbhələrdə əldə etdiyi böyük qələbələrə birbaşa reaksiyadır.

Hizbullah bu bəyanatda vurğulayıb: Bu cür terror hücumları İran İslam Respublikasının Fələstinin müqavimətli xalqına, dünyadakı digər zəif və azadə xalqlara, həmçinin müqavimət qrupları və cərəyanlarına daimi dəstəyində, eləcə də siyasi və yerli iştirakı, qüdrəti və əhval-ruhiyyəsində heç bir təsir buraxmayacaqdır.
 
Teqlər: livan hizbullahı ، terror ، əhvaz ، quran ، iran
captcha