IQNA

75 yaşlı nənə Quranı əzbərlədi

12:09 - December 03, 2018
Xəbər sayı: 3484280
Süad Əbdülqadir nənə kifayət qədər yazmaq gücü olmamasına baxmayaraq, hər gün 7 saat Quran üzərində işləməklə Allah kəlamının bəzi surələrini hifz və bütün Qurani-Kərimi əli ilə kitabət edə edə bilib.

75 yaşlı nənə Quranı əzbərlədiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin İnskəndəriyyə əyalətində yaşayan 75 Süad Əbdülqadir nənə kifayət qədər oxumaq və yazmaq savadı və gücü olmamasına baxmayaraq, hər gün 7 saat Quran üzərində işləməklə Allah kəlamının bəzi surələrini hifz və bütün Qurani-Kərimi əli ilə kitabət edə edə bilib.

Süad nənə deyir: İbtidayi orta məktəbi Monufia əyalətində olarkən ikinci sinifədək oxumuşam. Ailə qurduqdan sonra İskəndiyyəyə köçdük. Həmişə Qurani-Kərimi əzbərləmək istəyirdim və bu mənim ömrüm boyu arzum idi.

Bu qoca nənə nəvəsinin təklifi ilə Qurani-Kərimi əzbərləmək üçün Allah kəlamını əli ilə yazmağa başlayır. Quranı yazmaq üçün 40 qələm istifadə edir. Qara rəng ilə "hərəkə"ləri (səsləri), qırmızı rəng ilə ayələrin rəqəmlərini və "Allah" sözünü və mavi rəngdən digər sözləri yazmaq üçün istifadə edir.

Süad nənə Qurani-Kərimi əli ilə kitabət edərkən Kəfh surəsini və bəzi kiçik surələri əzbərləyib. O ümid edir ki, əli ilə yazdığı Quran nüsxəsi övladlarının sayı qədər çap və nəşr ediləcəkdir.

75 yaşlı qoca nənə Qurani-Kərimi hər gün 7 saat işləməklə 4 il ərzində əli ilə yazıb. O, Quranın kitabətini təkcə xəstələndiyi günlərdə saxlayarmış.  

http://iqna.ir/fa/news/3768510

 
بانوی مصری و عمل به پیشنهاد قرآنی نوه+عکس
 
بانوی مصری و عمل به پیشنهاد قرآنی نوه+عکس
 
کتابت کامل قرآن توسط بانوی مسن مصری
 
کتابت کامل قرآن توسط بانوی مسن مصری
captcha