IQNA

Qaçqınlıq onun Quranı əzbərləməsinə mane olmadı

8:53 - March 17, 2019
Xəbər sayı: 3484856
Səkkiz yaşlı Fələstinli Qurani-Kərim hafizi Əla Əvəz Qəzza zolağının şimal sahillərindəki "Cibaliya" qaçqın düşərgəsində yaşayır. Həyatın çətinlikləri onun Quranı əzbərləməsi yolundakı iradəsini qıra bilməyib.

Qaçqınlıq onun Quranı əzbərləməsinə mane olmadıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  8 yaşlı Fələstinli Qurani-Kərim hafizi Əla Əvəz Qəzza zolağının şimal sahillərindəki "Cibaliya" qaçqın düşərgəsində yaşayır.

Qaçqın düşərgəsində yaşamaq və bu həyatın çətinlikləri bu azyaşlı Quran həvəskarının İlahi vəhyi əzbərləməsi yolundakı iradəsini qıra bilməyib.

O, düşərgənin əl-Ümri məscidinin Quran hifzi kurslarında davamlı və müntəzəm iştirak edərək öz böyük qardaşı və bacısı kimi Quranı əzbərləyib.

Əla Əvəzin Quranın hifzi üzrə təlimçisi və müəllimi Əhməd Həmudə onun barəsində deyir: Mən onda məscidə qarşı böyük eşq gördüm. O, Quranı əzbərləməkdə xüsusi bacarığa malikdir.

O deyir: Mənim 15 Quran öyrənən tələbəm var. Mən onların tilavətlərinə tək-tək qulaq asıram. Amma Əlanın hifz etdiyi ayələri tilavət etməsi üçün daha çox vaxta ehtiyac vardır.

Əhməd Həmudə əlavə edib: Əla indiyədək 11 hifz imtahanında iştirak edib. Allahın köməyi ilə Quranı hifz eləmək keyfiyyətində yaxşı rütbə qazanıb. Bu işdə ona valideynləri də kömək edirlər.

Əlaya hifzdə kömək edən anası deyir: Əla Quranı əzbərləmək üçün çox çalışır. O, bağçaya gedəndən mən də Quranı əzbərləməyə başlamışam.

Əla Əvəzin ən böyük arzusu beynəlxalq Qurani-Kərim yarışlarında Fələstin dövlətini təmsil etməkdir.   

http://iqna.ir/fa/news/3798209  

captcha