IQNA

"Hizbullah" rəsmisi ABŞ-ın əsas məqsədini açıqladı

11:19 - March 19, 2019
Xəbər sayı: 3484866
Livanın "Hizbullah" hərəkatının baş katibinin müavini Şeyx Naim Qasim Yeni Zelandiyada məscidlərə qarşı reallaşdırılan terror hücumlarına münasibət bildirib.

Eastnews.org-un verdiyi xəbərə görə, Livanın "Hizbullah" hərəkatının baş katibinin müavini Şeyx Naim Qasim Yeni Zelandiyada məscidlərə qarşı reallaşdırılan terror hücumlarına münasibət bildirib. Şeyx Naim Qasim açıqlamasına vurğulayıb ki, baş verən terror hücumu ABŞ Prezidenti Donald Trampın irqçi siyasətinin nəticəsidir. "ABŞ bu gün zülm edənlərin başında dayanır. Dünyadakı bütün qətliamlarda ABŞ-ın dolayısı yolla da olsa əli var", - deyə Şeyx Naim Qasim diqqətə çatdırıb. O qeyd edib ki, ABŞ-ın əsas hədəfi bütün dünyada hakimiyyət qurmaqdır.

Mənbə:  Eastnews.org

captcha