IQNA

ƏRBƏİN yürüşündə Amerika məhsulları baykot edildi

10:56 - October 18, 2019
Xəbər sayı: 3485979
İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti ilə başlanan möhtəşəm piyada yürüşdə Amerika istehsalı olan məhsullar zəvvarlar tərəfindən baykot edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti ilə başlanan möhtəşəm piyada yürüşdə Amerika istehsalı olan məhsullar zəvvarlar tərəfindən baykot edilib.

Bu addım "Amerika məhsullarına sanksiya hərəkatı"nın Livan şöbəsinin Nəcəf-Kərbəla yolunda piyada yürüş edən üzvlərinin vasitəsi ilə 285-ci sütünda həyata keçirlib. Onlar bu məqsədlə həmin dirəkdə Amerika məhsullarını baykot edən rəsm, foto və video sərgisi də təşkil ediblər.

Sərgiyə müxtəlif millət və məzhəblərdən olan ƏRBƏİN zəvvarları toplaşıblar. Sərgini təşkil edənlər zəvvarlara Amerika məhsullarının baykotu kampaniyasının hədəfləri barədə məlumat veriblər. Onlar bildiriblər ki, Amerikanın işğalçı siyasəti ilə mübarizənin ən yaxşı yolu bu ölkənin məhsullarını baykot etməkdir.

Azərbaycan, Bəhreyn, Türkiyə, Əfqanıstan, Pakistan, İran, Fələstin, İraq, Suriya, Livan, Malaziya və İndoneziyadan olan ƏRBƏİN zəvvarları "Amerika məshullarına sanksiya hərəkatı"na (BUP) qoşulmaq üçün üzvlük formalarını imzalyıblar.   

https://iqna.ir/fa/news/3850691

captcha