IQNA

2020-ci ildə dünyanın ən məşhur müsəlman simaları məlum oldu

7:34 - April 05, 2021
1
Xəbər sayı: 3489563
Tehran (IQNA) -  İordaniyanın paytaxtı Omanda yerləşən "Krallığın İslami Strateji Araşdırmalar Mərkəzi" 2020-ci il üçün dünyanın ən məşhur müsəlman şəxsiyyətlərinin siyahısını açıqlayıb.

Tehran (IQNA) -  İordaniyanın paytaxtı Omanda yerləşən "Krallığın İslami Strateji Araşdırmalar Mərkəzi" 2020-ci il üçün dünyanın ən məşhur müsəlman şəxsiyyətlərinin siyahısını açıqlayıb.

Bu siyahıda 2020-ci ildə müsəlmanların hüquqlarını qorumağa çalışan və onların məzlumiyyət səsisini dünyanın qulağına çatdıran simaların adları yer alıb.

İldə bir dəfə hazırlanan bu siyahıda aşağıdakı məşhur simaların adları var:

  1. Bilkis (Bilqeyis) Dadi - 82 yaşlı hindistanlı müsəlman qadın ki, 2020-ci ildə ölkəsində müsəlmanara qarşı hazırlanmış vətəndaşlıq qanunlarının dəyişilməsi layihəsinə etiraz dalğası yaratdı. Bu işdə ona ilk qoşunlanlar 90 yaşlı Əsma Xatun və 75 yaşlı Səruri xanım olmuşdu.
  2. İlham Tohti - Çində yaşayan uyğur müsəlman ki, əbədi həbsə məhkum edilib. O, Çindən ayrılmaq istəyən müsəlman uyğur azlıqların azadlığı uğurunda 2000-ci illərdən mübarizə aparmış və dəfələrlər həbs edilmişdi.
  3. Rəcəb Təyyib Ərdoğan - Türkiyə prezidenti 2020-ci ildə qədim Ayasofiya kilsəsini məscidə çevirməklə müsəlman dünyasının tanınmış simasına çevirildi.
  4. Səudiyyə kralı Salman.
  5. İordaniya kralı Abdullah.
  6. İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları.
  7. Livan İslam Müqaviməti Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nəsnrullah.
  8. Müsəlman alim və mütəfəkkir Məhəmmədtəqi Osmani (1943). Pakistanın Karaçi şəhərinin Darul-Ulum universitetinin hədis ustadıdır. O, ərəb, urdu və ingilis dillərində 80-dan çox kitab yazıb. O cümlədən "Müslimin səhihi"nə 6 cildlik şərh yazıb və Quranı urdu və ingilis dillərinə tərcümə edib. Bundan əlavə İslami bankdarlıq haqqında bir çox elmi məqalələrin müəllifidir.
  9. Şiə Quran təfsirçi, fəqih və filosof və "Təsnim" təfsirinin müəllifi Ayətullah Üzma Cavadi Amuli.
  10. İraqın Əfqanıstan əsilli təqlid mərcəsi və elmi dini hövzəsinin ustadı Ayətullah Fəyyaz (1309 hq).
  11. Suriyalı Quran xəttatı Osman Taha. Dünyada çap və nəşr edilən müasir Quran nüsxələrinin ən məşhur xəttatı.
  12. Misrli futbolçu Məhəmməd Səlah.
  13. Əfqanıstanın sülh aktivisti Məlalə Yusif.
  14. Hindistanın müsəlman kino aktyoru Salman Xan.
  15. İngiltərədə yaşayan iranlı müğənni Sami Yusif.

iqna

Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
ramiz
0
0
Dinimiz üçün əhəmiyyətli olan belə tədbirin təşkilatçılarına təşəkkür edirəm. Qurani- Kərim üzrə bilgi yarışması təşkil etməyiniz də dinimiz üçün faydalı olar.
captcha