IQNA

Çeçenistanda namazını məsciddə qılan uşaqlara hədiyyələr veriləcək

23:18 - April 16, 2021
Xəbər sayı: 3489632
Rusiya Federasiyasının Çeçenistan Respublikasında müqəddəs Ramazan ayında ibadətini məsciddə edəcək uşaqlara hədiyyələr veriləcək.

Az.shafaqna.com “Islam News”-ə istinadən xəbər verir ki, Rusiya Federasiyasının Çeçenistan Respublikasında müqəddəs Ramazan ayında ibadətini məsciddə edəcək uşaqlara hədiyyələr veriləcək.

Çeçenistanın bədən tərbiyəsi, idman və gənclər siyasəti üzrə naziri Həmzət Kadırov bildirib ki, Qroznıdakı “Çeçenistanın qəlbi” məscidində müntəzəm olaraq sübh namazını qılan 14 yaşından kiçik uşaqlara hədiyyələr veriləcək.

Onun sözlərinə görə, gənclərin məscidə gəlişi xüsusi işçilər tərəfindən qeydə alınacaq.

Uşaqlar üçün mükafatlar fond tərəfindən maliyyələşdiriləcək.

Nazir qeyd edib ki, artıq ənənə halını almış bu təşəbbüs uşaqlara dini və əxlaqi dəyərlərin aşılanması üçündür.

captcha