IQNA

Alban-Udi xristian dini icması üzvləri Tuğda qədim alban məbədini ziyarət edib

13:34 - April 17, 2021
Xəbər sayı: 3489643
Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icması işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndinə səfər edib.

Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icması işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndinə səfər edib.
Səfər çərçivəsində dini icma üzvləri Tuğdakı qədim alban məbədini ziyarət ediblər.

Dini icma alban məbədində Pasxa bayramı münasibəti ilə ilk dəfə dini ayin icra edib, dualar oxunub, ibadət edədək şamlar yandırılıb.

Qədim Azərbaycan kəndi olan Tuğ kəndi dini-tarixi abidələrin zənginliyi ilə seçilir. Bu baxımdan burada belə bir tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Xatırladaq ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, Alban-Udi xristian dini icması üzvləri daha əvvəl Kəlbəcər rayonundakı Xudavəng monastırını və Laçın rayonundakı Ağoğlan məbədini ziyarət ediblər.

Xatırladaq ki, ermənilər işğal dövründə Tuğ kəndi ərazisində yerləşən qədim alban məbədində saxtakarlığa əl atıblar, öz yazılarını oraya əlavə ediblər və bu məbədi "özününküləşdiriblər". /report

Teqlər: Alban-udi məbədi ، kilsə ، Tuğ
captcha