IQNA

Oruc tutmaq insanın iradəsini gücləndirmək məşqidir - VİDEO

22:26 - April 20, 2021
Xəbər sayı: 3489660
"Mübarək Ramazan ayının və oruc tutmağın çox əhəmiyyətli təris və nəticələrindən biri də həyatın problemlərinin öhdəsindən gəlmək üçün insanın iradəsini gücləndirməsi və iradə məşqidir".

"Mübarək Ramazan ayının və oruc tutmağın çox əhəmiyyətli təris və nəticələrindən biri də həyatın problemlərinin öhdəsindən gəlmək üçün insanın iradəsini gücləndirməsi və iradə məşqidir" - deyə, əl-Mustafa Beynəlxalq İslam Elmləri Akademiyasının Pakistan nümayəndəliyinin rəisi Höccətul-İslam vəl-müslimin Möhsin Dadsereşt Tehrani vurğulayıb.

O, mübarək Ramazan ayı münasibəti ilə paylaşdığı "Eşq Ayı Töhfələri" adlı videodərslərində Ramazan ayının 4-cü gününün duasının şərhində deyib:

Biz Ramazan ayının dördüncü gününün duasında oxuyuruq:    

اللهمّ قوّنی فیهِ علی إقامَةِ أمْرِکَ واذِقْنی فیهِ حَلاوَةَ ذِکْرِکَ وأوْزِعْنی فیهِ لأداءِ شُکْرَکَ بِکَرَمِکَ واحْفَظنی فیهِ بِحِفظْکَ وسِتْرِکَ یـا أبْصَرَ النّاظرین.

"İlahi, bu ayda sənin əmrlərini yerinə yetirmək üçün mənə qüvvət ver, öz zikrinin şirinliyini mənə dadızdır, sənin şükrünü yerinə yetirməyi mənə ilham et və məni bu ayda öz qorumanla qoru, ey görənlərin ən bəsirətlisi".

Mübarək Ramazan ayının və oruc tutmağın çox əhəmiyyətli təris və nəticələrindən biri də həyatın problemlərinin öhdəsindən gəlmək üçün insanın iradəsini gücləndirməsi və iradə məşqidir. Çünki insan Ramazan ayında bəzi işləri tərk edəcəyi barədə niyyət edir. Havanın istiliyinə və susuzluğuna baxmayaraq, dözür, səbr edir, heç bir şey içmir. Gün uzundursa, insan susayır və acır, amma bir şey yemir və digər orucu batil edən şeylərdən çəkinir.

İnsan orucun bütün şərtlərinə əməl etmək üçün çox şeyi tərk edir və öz iradəsi üzərində dayanır.

İnsan 30 gün güclü iradə ilə oruc tuta bilirsə, şübhəsiz ki, Ramazan ayından sonra da həyatının bir çox məsələlərində öz iradəsi üzərində dayan bilər, inkişaf yolunda irəli gedə və maneələri yolunun üzərindən götürə bilər. Bununla da problemləri arxada qoya və müvəffəqiyyətli bir həyat sürə bilər. /iqna

kod
Teqlər: oruc ، iradə ، ramazan
captcha