IQNA

Həştərxandakı tarixi İran məscidi dağılmaq təhlükəsi ilə üz-üzədir

23:55 - April 20, 2021
Xəbər sayı: 3489662
Həştərxan şəhərində 1859-cu ildə inşa edilmiş və mədəni irs nümunəsi olaraq qəbul edilən İran məscidi baxımsız vəziyyətdədir və dağılmaq təhlükəsi ilə üz-üzədir.

Həştərxan şəhərində 1859-cu ildə inşa edilmiş və mədəni irs nümunəsi olaraq qəbul edilən İran məscidi baxımsız vəziyyətdədir və dağılmaq təhlükəsi ilə üz-üzədir.

Bu yaxınlarda ibadətgah ərazisində iməclik keçirilib.

Hələ bir neçə onillik öncə Həştərxanın vizit-kartlarından biri olan məscid hazırda kədərləndirici vəziyyətdədir.

1 qünbəz və 4 minarəsi olan məscid müsəlmanların ianələri hesabına 10 ilə inşa edilib.

Sovet hakimiyyətinin gəlişi ilə məscid qapadılaraq müsadirə edilib. Sovet illərində məscid tikiş fabrikası, daha sonra isə yerli qəzetlərdən birinin redaksiyası kimi istifadə edilib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər yaxın gələcək məscidin bərpa işləri təşkil edilməsə, tarixi ibadətgah yox ola bilər.

İnsanlar bir neçə il öncə dövlət hesabına pravoslav kilsəsində təmir-bərpa işlərinin aparılmasına diqqət çəkiblər. Onların fikrincə, oxşar addım İran məscidi üçün də tətbiq edilə bilər. /Şəfəqna

captcha