IQNA

Mumbayidə Ramazan ayı münasibəti ilə Quran sərgisi keçirilir

10:28 - April 22, 2021
Xəbər sayı: 3489675
Tehran (IQNA) -  Mübarək Ramazan ayı münasibəti ilə Hindistanın Mumbayi şəhərində iranlı və hindli incəsənət ustadlarının Quran ayələri işlədikləri hüsnxətt əsərlərinin virtual sərgisi keçirilir.

Tehran (IQNA) -  Mübarək Ramazan ayı münasibəti ilə Hindistanın Mumbayi şəhərində iranlı və hindli incəsənət ustadlarının Quran ayələri işlədikləri hüsnxətt əsərlərinin virtual sərgisi keçirilir.

Virtual 3D Quran sərgisi İran İslam Respublikasının Mumbayidəki Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil edilib.

Sərgidə İran və Hindistanın incəsənət ustadlarının Quran ayələri əsasında yazdıqları hüsnxətt tabloları nümayiş olunur.

Ramazan ayı boyunca davam edəcək sərgidə iki ölkənin incəsənət ustadlarının 31 əsəri nümayiş ediləcək.

Quran ayələrinin hüsnxətt tablolarını müşahidə etmək istəyənlər qarşıdakı linkə keçid edə bilərlər: Virtual QURAN sərgisi / iqna

captcha