IQNA

Kamerunlu keçmiş futbol ulduzu İslamı qəbul edib

10:28 - May 15, 2022
Xəbər sayı: 3492236
Kamerun millisinin sabiq ulduzu Patrik Ambuma ölkə şəhərlərindən birində məsciddə İslamı qəbul edib. O, İslami ad olaraq, Əbdül-Cəlil adını seçib.

"İQNA", "Misir Times"-a istinadən xəbər verir ki, Kamerun futbolunun əfsanəsi Patrik Ambuma 13 mayda Duala şəhərindəki məsciddə böyük izdiham qarşısında İslamı qəbul etdiyini açıqlayıb.

Patrick Ambuma 1970-ci ildə Dualada anadan olub. O, 1995-2002-ci illərdə Kamerun millisində çıxış edib. Bu müddətdə o, 56 oyunda oynayıb və 33 qol vurub.

Ambuma 1998 və 2002 Dünya çempionatlarında çıxış edib. Kamerun milli komandası ilə o, 2000 və 2002-ci illərdə Afrika Millətlər Kubokunu və 2000-ci il Sidney Olimpiadasında qızıl medal qazanıb.

kod

4056905

captcha