IQNA

5 yaşlı uşaq Quranı tam əzbərlədi

20:18 - September 12, 2022
Xəbər sayı: 3492912
5 yaşlı filippinli uşaq əl-Hafiz Məhəmməd Əbdül-Muhəymin Kamponq müqəddəs Qurani-Kərimi tam əzbərləyib.

İQNA (Beynəxalq Quran Xəbər Agentliyi) Az.shafaqna-a istinadən xəbər verir ki, Filippinin Banqsamoro bölgəsindən olan müsəlman uşağın əsas müəllimi onun atası Əbdül-Muhəymin Əbdül-Rəhman Kamponq olub.

Gənc Quran hafizinin atası deyib ki, həyat yoldaşı hamilə olarkən həmişə onun üçün Quran oxuyub.

“Həyat yoldaşım hamiləliyinin 6-cı ayında olanda mən onun qarnının yanında yuxudan öncə və yuxu zamanı, həmçinin o, yuxudan oyanarkən Quran oxuyurdum. Bu, yoldaşım onu dünyaya gətirənədək vərdişə çevrilmişdi“, – deyə o bildirib.

“Uşaq bir az böyüyənə qədər kimsə onun yanında Quran oxumayınca yuxuya getmirdi. Onun 3 yaşı olanda onun artıq Bəqərə (Quranın ən uzun surəsi – red.) və Ali-İmran (2-ci ən böyük surə – red.) surələrini əzbərdən oxuya bildiyini öyrənəndə təəccüblənmişdim“, – deyə ata qeyd edib.

captcha