IQNA

Azərbaycanda daha 51 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

19:29 - November 02, 2022
Xəbər sayı: 3493192
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) APA-ya istinadla xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 117 nəfər müalicə olunaraq sağalıb, 9 951 nəfər vəfat edib, aktiv xəstə sayı 301 nəfərdir.

Ölkədə son sutka ərzində 2 188, hazırkı dövrədək isə 7 325 464 test aparılıb.

captcha