IQNA

İsveçdə məscidə qarşı islamofob hücum edildi

19:35 - December 03, 2022
Xəbər sayı: 3493356
İsveçin paytaxtı Stokholmda məscidə qarşı islamofob hücum həyata keçirilib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə sözügedən məscidin sosial şəbəkə səhifəsində məlumat verilib.

Qeyd edilib ki, naməlum şəxslər yandırılmış Quran nüsxəsi məscidin qapısının yaxınlığından asılıb.

Daha öncə məscidin qapısında bir neçə svastika işarəsi çəkiblər və islamofob yazılar yazıblar.

captcha