IQNA

Bugünkü sosial böhranların həlli Quranın təlimlərinə qayışdadır

11:12 - December 04, 2022
Xəbər sayı: 3493359
Malayziyada keçirilən Quran konfransında çıxış edənlər müasir problemlərin həlli üçün Quranın həll yollarını müzakirə ediblər. Bu ekspertlərin fikrincə, Quran təlimlərinə istinad etmək insanlara dörd maliyyə, peşə, ailə və sosial problemlərlə üzləşməyə kömək edir.

"İQNA", "Sinar Daily"-yə istinadən xəbər verir ki, Malayziya İxlas Ümməti Varisləri Fondu (Yayasan Warisan Ummah Ikhlas) dünən, dekabrın 3-də Quranın müasir problemlərin həlli yolları mövzusunda toplantı keçirdi. Bu konfransda Malayziyanın daxilindən və xaricdən 1200 iştirakçı iştirak etmişdir.

"Problemlərlə üzləşmək; “Səcdə” surəsi" adlı bu konfrans Malayziyanın Beynəlxalq Ticarət və Sənaye Nazirliyinin (MİTİ) zalında “İxlas Ümməti Varisləri” Fondunun (WUIF) və TickTalk Televiziyasının birgə təşkilatçılığı ilə keçirilib.

WUİF-in icraçı direktoru Merhini Yusif deyib ki, bu beynəlxalq konfrans Quran və Sünnəyə əsaslanan həll yollarını təqdim etməklə dörd maliyyə, peşə, ailə və sosial və ya mənəvi problemə diqqət yetirir.

Onun sözlərinə görə, bu, Mübarək "Səcdə" surəsinin bugünkü həyatın müxtəlif problemləri ilə üzləşmək üçün həll yollarını təqdim etmək missiyasını izah edən "Quran saatı" kampaniyası silsiləsinin bu il sonuncu böyük proqramıdır.

O, "Səcdə" surəsinin insanı uğur və qələbə qazanmaq üçün Uca Allaha səcdəyə dəvət etdiyini bildirərək, bu məsələyə aydınlıq gətirdi: "Səcdə düsturu insan qürurunu dua, fədakarlıq və səbirlə yox edə bilər. Yəni bu, sadəcə konfrans deyil. Həqiqətdə, ümməti Quran əsasında yaşayan bir ümmətə çevirmək vəzifəsidir".

Bu bir günlük proqram altı ölkədən: Malayziya, İndoneziya, Banqladeş, Fələstin, Misir və ABŞ-dan olan dini və Quran elmləri üzrə mütəxəssislərin məruzələri ilə keçirilib.

Merhini bildirib: "İqtisadi problemlərin və təbii fəlakətlərin gələn ildə ölkə və xalq üçün müxtəlif çətinliklər yaradacağından qorxurlar. Bu problemlərə “ilahi kömək”lə həll edilməli olan maliyyə, iş, ailə və sosial və ya mənəvi problemlər daxildir".

O əlavə etdi: "Buna görə də bu konfransın cəmiyyətə Allah Taaladan bir düstur almasına kömək edəcəyi gözlənilir. Çünki Quran müxtəlif çətinliklərlə üzləşmək üçün bir həll yoludur. Həyatın müxtəlif çətinlikləri ilə üzləşmək üçün bizə mənəvi güc lazımdır".

Sonda o bildirib ki, builki proqram geniş şəkildə qarşılandığı üçün "Warisan Foundation" gələn il bu konfransı iki günə uzatacaq. O, 2 və 3 dekabr 2023-cü il tarixlərində keçiriləcək.

4104323

captcha