IQNA

Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən şəxs saxlanılıb

13:58 - January 27, 2023
Xəbər sayı: 3493618
Tehranın hüquq-mühafizə qüvvələrinin komandanlığı Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə odlu silahla hücum edən şəxsin saxlanılmasından xəbər verib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, paytaxtın polis rəisi general Rəhimi bu gün səhər odlu silahla Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən şəxsin saxlanıldığını deyib: “Bu şəxs bu gün səhər Azərbaycan Respublikasının səfirliyinə daxil olaraq odlu silahdan istifadə edərək bir nəfərin ölümü iki nəfərin isə yaralanmasına səbəb olub. “

General Rəhimi deyib: Plis dərhal əməliyyata başlayaraq hücumçu şəxsi həbs edib. İstintaq əməliiyyatı davam edir.

General Rəhiminin dediyinə görə, hücumçu şəxs iki azyaşlı övladı ilə səfirliyə daxil olub və ilkin istintaqın nəticələrinə əsasən hücumçu şəxs öz hərəkətinin səbəbini şəxsi və ailəvi problemlərlə əsaslandırıb.

captcha