IQNA

İslam dünyasının məşhur alimləri / 18

Mustafa Mahmud şübhədən yəqinliyə yetişən alimdir

15:11 - January 27, 2023
Xəbər sayı: 3493620
Misirli Quran tədqiqatçısı, mütəfəkkir, yazıçı və proqramçı Mustafa Mahmud 50 ildən artıq intellektual və ədəbi fəaliyyəti dövründə elmin hökmran olduğu dövrdə təcrübi elmin iman əsaslı anlayışını təqdim etməklə, elm əsrində iman və ona əsaslanan əxlaqın yerinin əhəmiyyətini göstərməyə çalışmışdır.

"İQNA"-nın məlumatına görə, Mustafa Kamal Mahmud Hüseyn Əl Məhfuz (doğum. 27 dekabr 1921 – vəfat. 31 oktyabr 2009) misirli Quran alimi, mütəfəkkir və yazıçıdır. O, Quran təfsiri, dini fikirlər, romanlar, pyeslər və səyahətnamələr sahəsində 89 kitab yazıb.

Mahmud tibb sahəsində əldə etdiyi elmi təhsilə, eləcə də Misirdə və dünyada o günün intellektual mühitinin əhval-ruhiyyəsinə görə maddi dünyanı insanın heç bir ixtiyarı olmayan məcburi bir dünya hesab edirdi.

Lakin 1970-ci ildə nəşr olunan “Şübhədən İnama Səyahətim” kitabında özünün də bəhs etdiyi kimi, illərlə apardığı təfəkkür və şübhələri aradan qaldırmaq səyləri onu varlığın maddi aləmlə məhdudlaşa bilməyəcəyinə inandırdı. Bu səbəbdən, ixtiyarı insanın xaricində maddi dünyada deyil, onun daxilindəki aləmdə axtarmaq lazımdır.

Mustafa Mahmud bu kitabda Quranın Misirdə o dövrün cəmiyyətdəki mövqeyini də tənqid edir. Quran oxunuşunda yanlış anlayış və yanaşma nəticəsində Quran möcüzələrinin gizli qaldığını hesab edir. Onun nöqteyi-nəzərincə, hazırkı qiraətçilər Quranı qəm-qüssə, sevinc, ibrət və xəbərdarlıq baxımından ayənin məzmununa fikir vermədən, vahid tərzdə oxuyurlar; Bu məsələ ilahi ayələrin dinləyicilər tərəfindən düzgün başa düşülməməsinə səbəb olub.

Mahmud “Allah və insan” kitabında şübhə və yəqinlik və tövhid və ya küfrlə bağlı əsas suallara cavab verməyə çalışmışdır. Çoxları bu kitabı küfr hesab edirdi; Lakin bu ittihamı araşdırmaq üçün Misirin o vaxtkı prezidenti Camal Əbdül-Nasirin tələbi ilə çağırılan məhkəmədə məhkəmə ona bu kitabdakı küfr ittihamı ilə bağlı bəraət qazandırdı. Sadatın dövründə bu kitab onun diqqətini cəlb etdi. Mahmudla şəxsi dostluq edən Sadat ondan “Ateist dostumla dialoq” kitabını çap etdirməyi xahiş edirdi. Mahmud daha sonra bu kitabda öz düşüncələrini tənqid etmiş və bunu “şübhədən imana səyahət” mərhələsi kimi təsvir etmişdir.

Onun daha bir şah əsərini “Elm və İnam” proqramı hesab etmək olar. Bu veriliş 1971-ci ildən 1999-cu ilə kimi iyirmi səkkiz il Misir televiziyasında 400 seriyada yayımlanmışdır. Onun məzmunu iman əsasında elmin imtahanı olmuşdur. Bu proqramda o, əvvəlcə müasir dünyada elmin əhəmiyyətli tərəqqisindən danışıb. Daha sonra Quran ayələrini bəyan etmiş və bu ayələrin iman baxımından təfsirinə toxunmuşdur. O, bu elmi tərəqqinin ibrətamiz cəhətləri ilə yanaşı, elmin şərdən pak olması və elmdən sui-istifadə edərək böyük şəri cilovlamaq üçün imana müraciət etməyin zəruriliyi kimi iman cəhətlərinə də toxunmuşdur.

captcha