IQNA

Quran məktəbi; Tövbə surəsində təfəkkür / 20

İslam cəmiyyətində insanların vəzifələri

19:52 - January 28, 2023
Xəbər sayı: 3493622
İslam cəmiyyəti məhəbbət və vilayəti idarə etmək, şirkdən çəkinmək, Allahdan başqa rəbbi qəbul etməmək, hərəkət və cihadda tənbəllik etməmək, Sadiqlərlə birlikdə olmaq, şirk və küfrlə mübarizədə diqqət və ciddilik kimi altı prinsipə əməl etməlidir ki, cəmiyyətdə dini bərqərar etmək üçün lazımi birlik olsun.

Tehran Universitetinin Quran və İtrət Tələbə Məktəbinin elmi heyətinin üzvü Hani Çitçianın “Tövbə” surəsində tədəbbür ilə bağlı mülahizələr silsiləsinin iyirmincisi keçirilib. O, burada “insan riyakarlığının amilləri” barədə danışıb. Onun mətnini aşağıda oxuya bilərsiniz: 

 “Tövbə” surəsindəki “Ya Əyyühəlləzinə Amənu” xitabları, cəmiyyət üzvlərinin diqqət etməli olduqları və əməl etməli olduqları vəzifələrdən bəhs edir.

Şirk Allah qatında çirkinlikdir

Şirkdən murdarlıqdan başqa bir şey hasil olmaz. Sanki şirk murdarlıqdan başqa bir şey deyil. Dünyanın ən böyük murdarlığı şirkdir. Təəssüflər olsun ki, indi də İslam və müsəlman cəmiyyətlərində mövcud olan problemlərdən biri də odur ki, şirkdən daha çirkli olduğunu düşündüyümüz bir çox başqa şeylər də var. Lakin Allah yanında şirk ən çirkli şeydir.

Mömin elə bir ruha malik olmalıdır ki, mübarizə yolunda başına bir pislik gəldiyi zaman haqq yolundan sapmasın. Müşriklərin cəmiyyətdə rolu olmasından narahat olmasın, çünki Allah insanı Öz lütfü ilə ehtiyacsız edir. Şirk söz baxımından tövhidin əksidir. Bu surədə münafiq, müxalif və müşrik pislənir və mömin də təriflənir. O, bəndəlik vəsfi ilə təriflənir. Bu mənada müşrik qarşısında müsəlmandan ad aparılmır. Elə deyil ki, İslam paltarı geyinən hər kəs mömindir. Sanki cəmiyyətin içində olan müvəhhid, fədakar, zəhmətkeş mömin var. Natəmizlik şirkə qayıdır, düzdür, “müşrik” xüsusi xarakterdir, amma murdar olmaq şirkə nisbət verilir.

Sonrakı ayə Tövbə surəsinin 34-cü ayəsidir ki, “Ya Əyyühəlləzinə Amənu” xitabıdır: "Ey iman gətirənlər! (Yəhudi) alimlərdən və (xaçpərəst) rahiblərdən çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. (Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!".

Əvvəlcə görməliyik ki, Əhbar və rahiblər kimlərdir? Bu ayə çox ciddi bir ayədir. Əvvəlki ayələrdə deyilib ki, "Əhbar" yəhudi dininin böyükləri və Röhban isə xristianlığın din böyükləridir. Əvvəlki ayələrə qayıtsaq, onlardan bəhs etmişik: "Yəhudilər: “Üzeyr Allahın oğludur”, xaçpərəstlər də: “Məsih (İsa) Allahın oğludur”, -dedilər. Onların ağzında gəzən bu (boş) sözlər daha öncə küfr edənlərin (“mələklər Allahın qızlarıdır” -deyənlərin) sözlərinə bənzəyir. Allah onları öldürsün! (Allah onlara lənət eləsin!) Necə də (yalana uyub haqdan) döndərilirlər! (Tövbə, 30).

31-ci ayədə deyilir: “31.       Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pakdır, müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur! (Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən uzaqdır!)”. Onlar Allahın şirk dediyi şeyi edir. Niyə? Çünki bir olan Allah olduğu halda, onlar başqa tanrı qəbul etməməli idilər.

4102750

captcha