IQNA

BƏƏ-də 13-cü Quran müsabiqəsinə qeydiyyat başlayır

20:17 - January 28, 2023
Xəbər sayı: 3493623
Birləşmiş Ərəb Əmirliklərinin İslam İşləri və Vəqflər Baş İdarəsi bu yarışlara qeydiyyatın başladığını elan edib və onun müxtəlif mərhələləri üçün vaxt cədvəlini müəyyənləşdirib.

"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin İslam İşləri və Vəqflər Baş İdarəsi 2023-cü ildə (hicri 1444-cü il) Qurani-Kərim mükafatının 13-cü dövrəsində iştirak etmək üçün namizədlərin qeydiyyatının başladığını elan edib.

Bu administrasiya müsabiqənin müxtəlif mərhələlərinin vaxt cədvəlini müəyyən edərək bildirib: Müsabiqənin final mərhələsi əyani şəkildə keçiriləcək. Final mərhələsində iştirak etmək hüququ olan namizədlərin adlarının qəbulu üçün son tarix fevralın 16-dır. Final mərhələsinin yarışlarının aprelin 24-dən başlanması və mayın 12-dək davam etməsi qərara alınıb.

Birləşmiş Ərəb Əmirliklərində 13-cü dəfə keçirilən Qurani-Kərimin hifzi müsabiqəsi 9 bölmə üzrə keçiriləcək. Bu hissələrdən ən mühümmü Qurani-Kərimin bütövlükdə əzbərlənməsi, qiraəti və təcvidi üzrə olacaq. Həmçinin Qurani-Kərimin 20 cüzünün əzbərlənməsi, qiraəti və təcvidi üzrə keçiriləcək. Bu yarışların pul mükafatı 5000 dirhəmdən 50000 dirhəmədək olacaq.

4117699

captcha