IQNA

Türkiyənin “Toqat” şəhərində Quran hafizləri təqdir olunub

20:32 - January 28, 2023
Xəbər sayı: 3493624
Türkiyənin Toqat vilayətində cümə günü 258 Qurani-Kərim hafizinin buraxılış mərasimi keçirilib.

"İQNA", "Türkiyə" xəbər agentliyinə istinadən xəbər verir ki, bu mərasim Türkiyənin Diyanət İşləri Təşkilatının rəhbəri Əli Ərbaş və çoxlu sayda vətəndaşın iştirakı ilə Qazi Osman Paşa məscidində keçirilib.

Mərasimin əvvəlində Qurani-Kərimdən bir neçə ayə tilavət edildikdən sonra Əli Ərbaş çıxış edib. O, çıxışında bu hədisə “Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir” istinad edərək bildirdi ki, siz də Quranı öyrənibsiniz və başqalarına da öyrədəcəksiniz.

O, qeyd edib: "Türkiyənin məscidlərində Qurani-Kərimi əzbərləmək və oxumaq kursları 4 yaşından 80 və 90 yaşına kimi onu öyrənmək istəyən hər bir vətəndaş üçün mövcuddur".

Ərbaş qeyd edib ki, hazırda orta məktəbdə Qurani-Kərimin ixtiyari dərsi var. Bu, uşaqlarımız və tələbələrimizin Quranı ən yaxşı yaşda öyrənmələri üçün bir fürsətdir.

Türkiyənin dini təşkilatının rəhbəri daha sonra əlavə edib: "Quran nazil olan ən böyük möcüzədir. Allah onu insanları zülmətdən nura çıxarmaq üçün göndərmişdir. O, Peyğəmbərin (s) ən böyük möcüzəsidir və İslamın mənbəyidir".

O, əlavə etdi: "Qəlblərini Quranı əzbərləməklə bəzəyən və Quran hafizlərinin karvanına daxil olan bütün hafizləri təbrik edirəm".

Bu mərasim 120 oğlan və 138 qıza Qurani-Kərimi hifz etməyə icazə verilməsi ilə başa çatıb".

4117687

captcha