IQNA

Quran tilavəti sənəti / 23

Uşaqlığında ustad olmuş Quran qarisi

0:00 - January 29, 2023
Xəbər sayı: 3493626
Şəhhat Məhəmməd Ənvər Misirin görkəmli qiraətçilərindən biri olub. O, bu sahədəki istedadı sayəsində tez bir zamanda irəliləyib və məşhurlaşıb. Onun Quran tilavətində məharəti elə idi ki, uşaqlıqdan ona ustad deyirdilər.

"İQNA"-nın məlumatına görə, ustad Şəhhat Məhəmməd Ənvər 1950-ci il iyulun 1-də Misirin Qəhlia vilayətinin Kəfrul-Vəzir kəndində anadan olub. O, doğulduqdan üç ay keçməmiş atasını itirdi və səkkiz yaşında Quranı tam əzbərlədi.

Səid Əbdüs-Səməd Əl-Zənati və Həmdi Zamil kimi ustadlar Şəhhat Ənvərin yaşadığı yerdə Quran məclislərinə qatılaraq onu Quran tilavətini davam etdirməyə vadar edən qarilər arasında idilər. Ustad Şəhhat Ənvərin görkəmli xüsusiyyətlərindən biri də onun qəfil inkişafıdır. 20 yaşına qədər oxuduğu qiraətlər onu insanlar arasında məşhurlaşdırıb. Şəhhat Məhəmməd Ənvər bu az fürsətdə güclü xarakter yarada bildi.

Özü də uşaqlıq xatirələri haqda bunları deyib: “Həmin dövrdə Qurani-Kərimi əzbərləməklə, xüsusən Quranı əzbərləməyi bitirdikdən sonra sözlə ifadə olunmaz xoşbəxtlik tapdım. Gözəl səsim olduğu üçün, ahəngim böyük qiraətçilərin ahənginə bənzədiyindən müasirlərimi üstələyirdim və onların arasında “kiçik ustad” kimi tanınırdım.

Müxtəlif məclislərdə mütəmadi olaraq Quran oxuyan belə bir gənc bu sahədə bir çox bacarıqlar əldə etmişdi. Elə ki, şəhər mərkəzinin rəhbəri Mit Ghamar ona dəvətnamə göndərib Misir radiosunun ilk rəhbəri mərhum Dr. Kamil Əl-Bohinin də iştirak etdiyi məclisdə Quran oxumasını istədi. Məhz bundan sonra onu sınaq olaraq Quran oxumaq üçün radioya dəvət etdilər. Münsiflər onun qiraətini dinlədikdən sonra heyrətləndilər və ondan musiqi muğamları haqqında öyrənmək üçün musiqi dərslərinə getməsini istədilər. İki ildən sonra, 1979-cu ildə o, radioya girib verilişi icra etməyi bacarır.

Ustad Şəhhat Ənvər dəfələrlə Misirdən kənarda, London, Los-Anceles, Argentina, İspaniya, Fransa, Braziliya, Fars körfəzi sərhəddində olan ölkələr, Nigeriya, Zair, Kamerun və bir çox İslam ölkələrinə səyahət edib, Quran oxuyub.

Şəhhat Məhəmməd Ənvərin üç oğlu və altı qızı var. Onların hamısı Qurani-Kərimin hafizidir. Ənvər Şəhhat Məhəmməd Ənvər və Mahmud Şəhhat Məhəmməd Ənvər Şəhhat Ənvər ən məşhur övladlarındandır.

Ömrünün son dörd ilində qaraciyər xəstəliyinə görə Quran məclislərində Quran oxumayıb və bir müddət xəstəxanada yatıb. Nəhayət, 57 yaşında dünyasını dəyişib.

kod

3947186

captcha