IQNA

Malayziyada keçirilən Beynəlxalq Quran Sənəti Festivalı başa çatıb

14:30 - January 31, 2023
Xəbər sayı: 3493636
Yanvarın 20-dən etibarən Putracayada yerləşən Restu Vəqfinin Quran Nəşriyyat Mərkəzində müxtəlif ölkələrdən olan sənətkarların iştirakı ilə Malayziyada keçirilən Resto Dünya Quran Sənəti Festivalı bu gün axşam 30 yanvarda bağlanış mərasimi ilə öz işini başa vurdu.

"İQNA"-nın Malayziyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Malayziyanın Beynəlxalq Quran Festivalı Malayziyanın bir sıra qurumlarının, o cümlədən Restu fondunun səyi, İranın bu ölkədəki mədəniyyət məsləhətçiliyinin əməkdaşlığı və İslam Mədəniyyəti və Rabitə Təşkilatının yardımı ilə təşkil olunub. Bu festival 30 yanvara qədər 11 gün ərzində bütün ziyarətçiləri, xüsusilə uşaqları və ailələri qəbul etdi.

Duanın oxunması ilə başlayan bu festivalın bağlanış mərasimində Malayziya baş nazirinin müavini, Restu Quran Vəqfinin rəhbəri Şeyx Əhməd İsa Məsəravi, Misirin Şeyxul-Qurrası, İranın mədəniyyət müşaviri Kərimi və İrandan göndərilən sənətçilər iştirak ediblər.

Malayziyadakı Restu Quran Fondunun rəhbəri Əbdül-Lətif Mirasa çıxışı zamanı sənətçilərin bu tədbirdə iştirakını yüksək qiymətləndirərək, Restu Fondunun yaranma tarixi ilə bağlı izahat verdi və dedi: "Bu mədəniyyət və incəsənət festivalının məqsədi camaatın Quranla əlaqəsini dərinləşdirmək və ailələrin bu asimani kitabla əlaqəsini mümkün qədər gücləndirmək idi".

4118433

captcha