IQNA

16-cı "İnnə lil-Müttəqinə məfazə" beynəlxalq müsabiqəsinin qeydiyyatı başlayacaq

21:08 - January 31, 2023
Xəbər sayı: 3493642
Əl-Kövsər Qlobal Şəbəkəsində 16-cı "İnnə lil-Müttəqinə məfazə" beynəlxalq Quran qiraəti müsabiqəsinə qeydiyyat gələn şənbə günü, fevral ayının 4-ü başlayacaq.

"İQNA", "Əl-Kövsər şəbəkə"sinə istinadən xəbər verir ki, Əl-Kövsər şəbəkəsinin 16-cı "İnnə lil-Müttəqinə məfazə" Quran müsabiqəsinin qiraət bölməsində qeydiyyatı Əmirəl-möminin Həzrət Əlinin (ə) mövludu ilə eyni vaxtda başlayır.

"İnnə lil-Müttəqinə məfazə" Quran müsabiqəsinin qeydiyyat prosesi Əmirəl-möminin Həzrət Əlinin (ə) mövlud ildönümü ilə eyni vaxtda başlayır ki, bu da Rəcəb ayının 13-nə təsadüf edir. Həmçinin müsabiqəyə qeydiyyat Şaban ayının on beşində İmam Mehdinin (əc) mövlud ildönümündə sona çatacaq.

Bu müsabiqələrdə iştirak etmək istəyənlər ad və tələb olunan məlumatları Əl-Kövsər Şəbəkəsinin internet saytında, bu proqramın səhifəsində (http://mafaza.alkawthartv.ir) və ya 00989108994025 nömrəsi ilə WhatsApp, Facebook və Telegram-da yazaraq qeydiyyatdan keçə bilərlər.

İstəyənlər bu surələrin birindən (Ənam surəsinin 161-dən 165-ə qədər və ya Əraf surəsinin 142-dən 144-ə qədər və ya Hud surəsinin 110-dan 115-ə qədər) 2-3 dəqiqəlik audio və ya video qiraətini göndərməlidirlər.

Bundan sonra iştirakçılar tərəfindən təqdim olunan qiraətlər qiymətləndiriləcək və ən yaxşı 96 qiraət seçiləcək. Mübarək Ramazan ayının ilk 24 gecəsində isə müsabiqənin ilkin mərhələlərində iştirak edəcəklər.  Ən yaxşı 24 qiraətçi isə yarımfinal mərhələsinə keçəcək. Nəhayət, seçilmiş beş qari isə Fitr bayramı gecəsi final mərhələsində iştirak edəcək.

İştirakçılar qiraəti göndərərkən öz adlarını, ölkənin adı və telefon nömrəsini tam şəkildə qeyd etməlidirlər.

4118576

captcha