IQNA

İƏT İndoneziyada və Kamerondakı terror aktlarını məhkum etdi

23:42 - January 15, 2016
Xəbər sayı: 3480061
Tehran, 16. 01. 2016 – İƏT Kameron məscidində intiharçı partlayışını və Cakarta şəhərində baş verən terror aktını məhkum etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İİNA"ya (Beynəxalq İslam Xəbər Agentliyi) istinadla verdiyi xəbərə görə, Əyad Əmin Mədəni – İƏT-nın (İslami Əməkdaşlıq Təşkilatı) baş katibi, Kameronun şimalında "Kuyape məscidi"ndə həftənin 3-cü günü yerli vaxtla səhər saat beş radələrində baş verən və ən azı 13 nəfərin qətlinə və onlarla adamın yaralanmasına səbəb olan intiharçı partlayışını məhkum edərək, qurbanların ailələrinə başsağlığı verdi və regionda Buko-Haram terroristləri ilə mübarizə aparan birləşmələrin və zərərçəkən rayonların sakinlərinin qəmlərinə şərik olduğunu elan etdi.

Həmçinin Əyad Əmin Mədəni – İƏT-nın (İslami Əməkdaşlıq Təşkilatı) baş katibi, bəyaniyyə yayaraq, dünən səhər vaxtlarında İndoneziyanın paytaxtı Cakarta şəhərində BMT-nin qərargahı yaxınlığında baş verən güllə atışması və partlayış ilə törədilən və 6 nəfərin qətlinə və onlarla insanın yaralanmasına səbəb olan terror aktlarını məhkum etdi.

Əyad Əmin Mədəni – İƏT-nın (İslami Əməkdaşlıq Təşkilatı) baş katibi, başçılıq etdiyi təşkilatın bütün növ ifratçılıq, təkfirçilik, terror və zorakılığı rədd etdiyini bildirdi.

Qeyd edək ki, İndoneziyanın paytaxtı Cakarta şəhərində baş verən terror aktının məsuliyyətini İŞİD öz üzərinə götürmüşdür.

http://iqna.ir/fa/news/3467521


Teqlər: terror ، cakarta ، kameron ، iqna ، radikal
captcha