IQNA

Müsəlmanları təhqir edən xristiyan qubenator həbs edildi

10:43 - May 09, 2017
Xəbər sayı: 3481631
İndoneziya məhkəməsi paytaxt Cakarta şəhərinin xristiyan qubernatoru Basuki Çaxaya Purnamanı Quranla bağlı səsləndirdiyi təhqiramiz fikirlərə görə 2 il müddətinə azadlıqdan məhrum edib.

Müsəlmanları təhqir edən xristiyan qubenator həbs edildi

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, İndoneziya məhkəməsi paytaxt Cakarta şəhərinin xristiyan qubernatoru Basuki Çaxaya Purnamanı Quranla bağlı səsləndirdiyi təhqiramiz fikirlərə görə 2 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə qərara alıb ki, Purnama hamının müqəddəs saydığı bir şeyi təhqir etdiyinə görə müqəssirdir. Qubernator bildirib ki, qərarı şikayət edəcək. Bildirilir ki, prokurorlar qubernatorun azadlıqdan məhrum edilməsində israr etmirdilər, əksinə məmurun şərti azadlıqdan məhrum etməyi məsləhət görürdülər.

Qeyd edək ki, Purnama son 50 il ərzində bu vəzifəyə seçilmiş ilk xristiyan qubrnator və ilk etnik çinlidir. 2014-cü ildə Purnamanın keçmiş rəisi Coko Vidodo ölkə Prezidenti seçildikdən sonra o, bu vəzifəni tutub.

captcha