IQNA

Əqsa məscidinin girişində qəbirlər dağıdıldı

11:02 - March 13, 2018
Xəbər sayı: 3482898
Qondarma və işğalçı sionist İsrail rejiminin hərbi qüvvələri ƏQSA məscidinin girişilərindən birindəki qəbiristanlığı dağıdıblar.

Əqsa məscidinin girişində qəbirlər dağıdıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-qüsd əl-ərəbi” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, işğalçı sionist İsrail rejiminin hərbi qüvvələri ƏQSA məscidinin girişilərindən birindəki qəbiristanlığı dağıdıblar.

Şahidlərin verdiyi məlumata görə, işğalşı və qondarma sionist İsrail rejiminin silahlı qüvvələri dünən, 12 Mart 2018-ci il, Beytül-Müqəddəsdə ƏQSA məscidinin “Babus-sahirə” qapısındakı “mücahidin” qəbiristanlığına hücum edərək qəbiristanlığın əsas qapısını sındırmış və qəbirləri dağıtmışlar və bəzi qəbirlərin üzərindəki dini və tarixi əlamətləri və simvolları pozmuşlar.

Bu xəbərə əsasən, işğalşı və qondarma sionist İsrail rejiminin silahlı qüvvələri bu qəbiristanlığın fələstinli şəhidlərinin qəbirlərinə hücum etmişlər. Şahidlər deyir ki, hücumdan öncəki gün bəzi sionist hərbiçiləri qəbiristanlığa girmiş və şəkillər çəkmişdilər.  

Qeyd edək ki, sionist quldurları bundan öncə də dəfələrlə müsəlmanların qəbiristanlıqlarına hücumlar ediblər. Onlar 2017-ci ilin sonlarında “Məmənullah” və “Babur-Rəhmət” qəbiristanlıqlarına hücum etmiş, qəbirləri dağıtmış və ağacları kəsmişdilər.

Xatırladaq ki, “Babus-Sahirə” Qüds şəhərində Əqsa məscidinin ən məşhur qəbiristanlıqlarından biridir ki, Əqsa məscidinin şimal qapısında yerləşir.   

http://iqna.ir/fa/news/3699140   

Teqlər: iqna ، qüds ، israil ، Əqsa ، sionist
captcha