IQNA

İndoneziyada "Səfinətun-Nicat" məscidi – VİDEO

11:35 - August 26, 2018
Xəbər sayı: 3483731
İndoneziyanın paytaxtı Cakartanın şərqində, paytaxtdan 600 km. aralıda Cava adasında şiələrin "Səfinətun-Nicat" adlı məscidləri vardır. Bu məscid baxanlara böyük bir gəmini xatırladır.

İndoneziyada İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziyanın paytaxtı Cakartanın şərqində, paytaxtdan 600 km. aralıda Cava adasında şiələrin "Səfinətun-Nicat" adlı məscidləri vardır. Bu məscid baxanlara böyük bir gəmini xatırladır.

Xüsusi memarlıq metodu ilə böyük gəmi şəkilində tikilmiş bu məscidə dünya şöhrəti gətirən də məscidin gəmi şəkilində olmasıdır. Məscidin yerli əhali arasındakı adı "Kapal məscidi"dir.

Bu diyarda yaşayan müsəlmanların qəbiristanlıqlarından tapılmış qədim və arxeoloji eskpanantlar göstərir ki, ən azı hicrətin dördüncü əsrində burada şiələr yaşamışlar.

Buraya ezam olunan dini tələbələrin Əhli-Beyt (ə) məktəbini şiə və əhli-sünnəyə tanıtmaqda və şiəliyi yaymaqda müstəsna rolu olmuşdur.

İndoneziyanın 255 milyonluq cəmiyyətinin 86 faizini müsəlmanlar təşkil edirlər. Müsəlmanların arasında isə beş milyon nəfər civarında şiələr vardır.

http://iqna.ir/fa/news/3740201

kod

 

captcha