IQNA

Hacı İlham Əliyevin həbsi ilə bağlı təcili toplantı keçirirlər

12:16 - March 03, 2020
Xəbər sayı: 3486812
Tehran (IQNA) - Azərbaycanın tanınmış ziyalıları və din xadimləri Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Hacı İlham Əliyevin həbsi ilə bağlı təcili toplantı keçirirlər - Fotolar

Azərbaycanın tanınmış ruhani alimləri, din xadimləri, eləcə də partiya və təşkilat rəhbərləri Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani alim Hacı İlham Əliyevin DTX tərəfindən saxlanılması və barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilməsi məsələsini müzakirə edib.

Partiyadan “İslaminSesi” nə daxil olan məlumata görə,  toplantının əsas məqsədi baş verənləri təhlil etmək və AİP sədr əvəzinin sərbəst buraxılması istiqamətində lazımı addımları atmaqdır.  Bu məqsədlə Hacı İlham Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin yaradılması haqda qərar qəbul edilib.

Tədbirdə çıxış edən AİP funksioneri Akif Heydərli , DEVAMM sədri , ilahiyyatçı filosof İlqar İbrahimoğlu, Azərbaycan Ruhanilər Məclisinin üzvü, maide.az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənli, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli və digər şəxslər Hacı İlham Əliyevin həbsini qətiyyətlə pisləyiblər.. Baş verənlərin heç bir ədalət çərçivəsinə sığmadığını və  ittihamın saxta olduğunu dilə gətiriblər.

İslamınsesi

 

captcha