IQNA

Sünni din xadimi İŞİD-ə dəstək verənlər barəsində xəbərdarlıq etdi

21:55 - February 01, 2021
Xəbər sayı: 3489178
İraqın nüfuzlu sünni din xadimlərindən olan Şeyx Molla əl-Xalid açıqlamasında bildirib ki, bəzi qüvvələr İŞİD terrorçu qruplaşmasının İraqda yenidən fəallaşması üçün cəhdlər edirlər.

İraqın nüfuzlu sünni din xadimlərindən olan Şeyx Molla əl-Xalid İŞİD ilə bağlı xəbərdarlıq edib.  

O, açıqlamasında bildirib ki, bəzi qüvvələr İŞİD terrorçu qruplaşmasının İraqda yenidən fəallaşması üçün cəhdlər edirlər.  

"Bu gün bəzi qüvvələr və şəxslər mətbuatda verdikləri açıqlamalarda İŞİD terrorçu qruplaşmasını tərifləməyə çalışırlar. Bunlara qarşı gəlmək və mübarizə aparmaq İŞİD-ə vurulacaq zərbələrin ən yaxşısıdır", - deyə Şeyx Molla əl-Xalid diqqətə çatdırıb.  

Şeyx Molla əl-Xalid qeyd edib ki, İŞİD-i dəstəkləmək terroru, vəhşiliyi və İraqda qan axıtmağı dəstəkləməkdir. /eastnews/

captcha