IQNA

Belçikada heyvanların dini kəsim qadağası uzadıldı

21:58 - October 04, 2021
Xəbər sayı: 3490891
Belçika Müsəlmanlarının İcra Şurası və Belçika İslam Təşkilatlarının Koordinasiya Şurası Konstitusiya məhkəməsinin məlum qərarından Avropanın İnsan Hüquqları üzrə Məhkəməsinə şikayət etmək niyyətindədir.

Müsəlman və yəhudi təşkilatları Belçika hakimiyyətinin dini kəsimə tətbiq etdiyi qadağanı qəti şəkildə pisləyib.

Xatırladaq ki, Belçikanın Konstitusiya Məhkəməsi ötən həftə heyvanların kəsimi ilə bağlı qaydanı qüvvədə saxlayıb. Həmin qaydaya əsasən, müsəlman və yəhudi kəsim üsulu ölkədə qadağan olaraq qalmağa davam edib.

Belçika Müsəlmanlarının İcra Şurası və Belçika İslam Təşkilatlarının Koordinasiya Şurası Konstitusiya məhkəməsinin məlum qərarından Avropanın İnsan Hüquqları üzrə Məhkəməsinə şikayət etmək niyyətindədir.

Avropa Ravvinlər Konferensiyasının prezidenti Pinxas Qoldşmidt bəyan edib ki, yəhudi icması sözügedən qərara görə məyusluq hissi keçirir.

Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder isə qeyd edib ki, Belçika Konstitusiya məhkəməsi “Avropadakı yəhudilərin normal həyat tərzləri üçün potensial dəfedilməz maneə yaradıb”. / Şəfəqna

Teqlər: belçika ، islamofobiya
captcha