IQNA

Müsəlman biznesmen hər gecə ehtiyaclılara çörək paylayır

12:39 - November 06, 2021
Xəbər sayı: 3491142
Mərakeşli Əhməd bin Əbdürrəhman Belçika paytaxtı Brüsseldəki otelinin qapılarını evsiz insanların üzünə açıb.

İQNA, Az.shafaqna.com-a istinadən xəbər verir ki, mərakeşli Əhməd bin Əbdürrəhman Belçika paytaxtı Brüsseldəki otelinin qapılarını evsiz insanların üzünə açıb.

Müsəlman biznesmen deyir ki, İslamın təqdir etdiyi işləri görür – gedəcək bir yeri olmayan insanlara sığınacaq verir və öz avtomobili ilə gecələr ehtiyaclılara çörək paylayır.

Əhməd artıq 27 ildir ki, Brüsselin mərkəzindəki Qran-Plan turistik meydanınna aparan küçələrdən birində otelçiliklə məşğuldur.

Şəhərdə həmin xeyirxah müsəlmanı çox insan tanıyır. O, həm də şən, enerji dolu və ünsiyyətcil xarakteri ilə də məşhurdur.

O, çətinliyə düşmüş insanlara yardım edə bildiyi üçün sevincliyidir.

Mən humanistəm, mən müsəlmanam”, – deyə o bildirib.

68 yaşının olmasına baxmayaraq, Əhməd özünü gənc və enerjili hiss etdiyini deyir.

captcha