IQNA

Cakartada Quran Təlim Kursları

18:32 - November 23, 2021
Xəbər sayı: 3491251
İmam Hüseyn (ə) Astanının İndoneziyanın paytaxtı Cakarta şöbəsində Korona epidemiyası ilə əlaqədar iki illik fasilədən sonra Qurani-Kərim üzrə təlim kursları yenidən başlanıb.

İQNA, İraqdan xəbər verir ki, İmam Hüseynin (ə) Astanının Beynəlxalq Quran Təbliği Mərkəzi İndoneziyadakı filialının rəsmiləri vasitəsilə İndoneziyanın paytaxtı (Cakarta) şəhərində 250 oğlan və qız tələbənin iştirakı ilə müxtəlif Quran kurslarını bərpa etməyə başlayıb.

Müqəddəs Hüseyni Astanın Qurani-Kərim Təbliğ Mərkəzinin beynəlxalq şöbələrinin rəhbəri Məhəmməd Baqir Əl-Mənsuri deyib: "Korona epidemiyası ilə əlaqədar mərkəzin bir sıra şöbələrində əyani fəaliyyətlər dayandırıldıqdan sonra Cakartada bu Quran fəaliyyətləri yenidən bərpa edilib.

O, bildirib ki, İndoneziya filialının rəsmiləri bir sıra fənlər üzrə müxtəlif Quran kurslarına start veriblər. Bunlardan ən mühümlərindən biri həftədə iki dəfə olmaqla keçirilən Qurani-Kərimin hifzi kurslarıdır. O, həmçinin qiraət və Quranın düzgün oxunması və təfsirinin öyrədilməsi kurslarını da qeyd edib.

4015508

captcha