IQNA

İndoneziyada Quranla üns mərasimi keçirilib

22:13 - May 01, 2022
Xəbər sayı: 3492161
İmam Hüseynin (ə) hərəmi İndoneziyanın paytaxtı Cakartada Ramazan proqramları şəklində beşinci illik (Quranla yoldaşlıq) proqramına start verib.

"İQNA", xəbər verir ki, İmam Hüseynin (ə) hərəminə bağlı Beynəlxalq Quran Təbliğat Mərkəzi İndoneziyadakı filialları vasitəsilə Cakartada Ramazan proqramları şəklində onlarla tələbənin iştirakı ilə beşinci illik "Qurani-Kərimlə yoldaşlıq" proqramına start verib.

Carkarta Mərkəzi filialının rəhbəri Abdulla Beyk deyib: "Astan Müqəddəs Hüseyninin Cakartadakı Beynəlxalq Quran Təbliğat Mərkəzi bölməsi 60-a yaxın oğlan və qız tələbənin iştirak etdiyi, Qurani-Kərimin əzbərlənməsi və qiraəti gücləndirməkdən ibarət " Quranla yoldaşlıq" adlı üç günlük proqramı keçirir.

O, bildirib ki, bu proqramlara Quran yarışları və oyunları, Qurani-Kərimin əzbərlənməsinin öyrədilməsi, Fatihə və Qədr surələrinin düzgün qiraətinin öyrədilməsi, Fatihə və Hucurat surələrinin təfsiri daxildir. Praktiki məşğələlərdən əlavə, Əhli-beytin (ə) həyat tərzinə aid müxtəlif mövzular, o cümlədən İmam Əlinin (ə) fəzilətlərindən bəhs edən filmə baxılacaq.

4054141

captcha