IQNA

Nəhcül-bəlağənin işığında ictimai həyat / 9

İmam Əlinin (ə) kəlamında qohumlarla ünsiyyətin əhəmiyyəti

22:11 - July 12, 2023
Xəbər sayı: 3494451
TEHRAN (IQNA) – İctimai ünsiyyət hər bir cəmiyyətdə birinci əhəmiyyət kəsb edir. Cəmiyyətə tam realist baxan bir şəxs kimi Həzrət Əmirin (ə) ifadəsi belədir; "Özünüzü qəbilədən və nəsildən ayırmayın".

İmam Əlinin (ə) həyatının əsasları Quran və Peyğəmbərin (s) sünnəsinə əsaslanırdı. İctimai fəaliyyət və cəmiyyətlə iş sahəsində həzrətin münasibətləri ilahi əmrləri və Peyğəmbərin (s) sünnəsi əsasında qurulmuşdur. Bu da insanlar üçün mükəmməl bir nümunə sayıla bilər.

Nəhcül-bəlağə üzrə tdqiqatçı Baxşəli Qənbəri sosial əxlaqı Nəhcül-bəlağə baxımından araşdırıb ki, onun doqquzuncu hissəsi “Qohum-əqrəbanın mühafizəsi” adlanır. Onu aşağıda oxuya bilərsiniz:

İctimai ünsiyyət hər bir cəmiyyətdə birinci əhəmiyyət kəsb edir. Cəmiyyətə tam realist baxan bir şəxs kimi Həzrət Əmirin (ə) ifadəsi belədir; "Özünüzü qəbilədən və nəsildən ayırmayın". Bu ifadənin keçmişi var. Əmirəl-möminin Əli (ə) onu yeni şəkildə ifadə etsə də, keçmişdən bəri mövcuddur.

  İmam Əli (ə) bu barədə belə dəlil gətirir; Qəbilə və ailə ilə əlaqəni kəssəniz, onlardan bir əlini kəsirsiniz, amma sizdən nə qədər əl kəsildi; Bütün tayfanın əlləri kəsildi.

“Nəhcül-bəlağə”nin 162-ci xütbəsində maraqlı bir məqam deyilir. Bir nəfər Həzrət Əliyə (ə) sual verir və Həzrət Əli (ə) belə cavab verir; Sualınız məntiqli deyil, amma iki səbəbə görə sizə cavab verəcəm. Bir; Soruşmaq hüququnuz var, ikincisi, mənimlə qohumsunuz; Buna görə də qohumluq haqqı tələb edir; Ona görə də İslam qohumluq müzakirələrini tərk edən bir din deyil.

  Amma Nəhcül-bəlağənin 23-cü xütbəsinə diqqət yetirin, Əli (ə) buyurur; "Ey camaat, heç kəs var-dövlət sahibi olsa belə, öz tayfa və qohum-əqrabasından tam ehtiyacsız deyil. Onların əməldə və sözdə köməklərinə və müdafiələrinə ehtiyacı var. Yaxınları insanın eyiblərinin qorunması üçün ən mühüm şəxsdirlər və onun dağınıqlığını, çətinliklərini daha yaxşı aradan götürə bilərlər. Dar anda və onun başına ağır hadisələr gəldikdə (başqalarından) ona daha mehriban olarlar".

  Ona görə də bu əlaqələr cəmiyyəti və sosial münasibətləri gücləndirir, sosial əxlaqı genişləndirir. “Nəhcül-bəlağə”nin başqa bir xütbəsində də eyni mövzuda deyilir إِيَّاكٌمْ وَ الْفُرْقَةَ; "Mən sizi pərakəndəlikdən çəkindirirəm. Çünki əgər dağınıq olsanız, yəni qohum-əqrəbanızdan, ailənizdən, qohumlarınızdan ayrılsanız sürüdən ayrılan qoyun kimi olarsınız. Şübhə etməyin ki, çöldə sürüdən ayrılan qoyun mütləq canavarların ovuna çevriləcəkdir".

  Buna görə də Həzrət Əmir (ə) bizi iki halda ictimai əlaqələrə və onları gücləndirməyə və bir-birimizə dəstək olmağa dəvət edir; Sizin iki mövqeyiniz var, biri etnik, qəbilə, tayfa, nəsil və qan mövqeyi, ikincisi isə millidir. Həzrət bunların hər ikisini nəzərə alır və vurğulayır ki, biz bir-birimizə dəstək olmalıyıq.

4132977

captcha